...

Muay-Tay idman növündə yarışan Azərbaycan idmançıları 6 medal qazanıblar

Cəmiyyət Materials 6 Dekabr 2011 16:13 (UTC +04:00)
Muay-Tay idman növündə yarışan Azərbaycan idmançıları 6 medal qazanıblar.
Muay-Tay idman növündə yarışan Azərbaycan idmançıları 6 medal qazanıblar

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir E.Mehdiyev/

Muay-Tay idman növündə yarışan Azərbaycan idmançıları 6 medal qazanıblar.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, dekabrın 2-4-də Türkiyənin İstanbul şəhərində Muay-Tay idman növü üzrə yeniyetmələr arasında Balkan çempionatı keçirilib.

Azərbaycan komandası bu yarışa 8 idmançı və 2 məşqçi ilə qatılıb. Nəticədə idmançılarımız ölkəmizə 2 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıdıblar.

Komandaya Verdiyev Məhəmmədhüseyn (36 kq- 1-ci yer), Məmmədov Sübhan (48 kq- 1-ci yer), Heydərov Heydər (33 kq- 2-ci yer), Nərsirzadə Pərvin (40 kq- 2-ci yer), Məmmədov İbadulla (36 kq- 3-cü yer), Süleymanov Süleyman (70 kq- 3-cü yer) daxil olub.

Xəbər lenti

Xəbər lenti