...

Azərbaycanda yoxsulluq səviyyəsi 7,6 faizə enib

Cəmiyyət Materials 18 Yanvar 2012 16:10 (UTC +04:00)
Son bir il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 1,5 faiz bənd azalaraq 7,6 faizə enib.
Azərbaycanda yoxsulluq səviyyəsi 7,6 faizə enib

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Son bir il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 1,5 faiz bənd azalaraq 7,6 faizə enib.

Dövlət Statistika Komitəsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, yoxsulluğun səviyyəsi 2003-cü ildə 44,7 faiz, 2004-cü ildə 40,2 faiz, 2005-ci ildə 29,3 faiz, 2006-cı ildə 20,8 faiz, 2007-ci ildə 15,8 faiz, 2008-ci ildə 13,2 faiz, 2009-cu ildə 10,9 faiz, 2010-cu ildə isə 9,1 faiz təşkil edib. Beləliklə, son səkkiz ildə yoxsul əhalinin sayı 5,2 dəfə azalıb.

2011-ci ildə ölkədə 94 minə yaxın yeni iş yerləri açılıb, onlardan 72,7 mini daimi iş yeri olub. Bu və ya digər amillər işsizlik səviyyəsinin 0,5 faiz bəndə qədər azalaraq 5,4 faizə enməsinə təsir göstərib.

İlkin məlumatlarına əsasən, 2011-ci ilin sonuna pensiyaçıların sayı 1 milyon 278 min nəfər olub. Təyin olunmuş aylıq pensiyaların orta məbləği 145,2 manata çatıb.

Ötən ilin sonuna 306,8 min nəfər sosial müavinət, 34,3 min nəfər Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlərə görə təqaüd və 122 min ailənin 547,8 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb.

Xəbər lenti

Xəbər lenti