...

Ali Məhkəmənin kollegiyaları hesabat verib

Cəmiyyət Materials 17 Fevral 2012 15:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün Ali Məhkəmənin kollegiyaları plenumda hesabat verib.

Ali Məhkəmədən Trend-ə verilən məlumata görə, cümə günü keçirilən iclasda məhkəmə sədri Ramiz Rzayev çıxış edərək əvvəlki illərlə müqayisədə ötən il ərzində vətəndaşların hüquqlarının məhkəmə müdafiəsi səviyyəsinin yüksəldiyini deyib.

O qeyd edib ki, ötən il Ali Məhkəmənin kollegiyalarında baxılan işlərin sayı artıb.

Belə ki, mülki kollegiyada baxılan işlərin sayı 2,5, inzibati-iqtisadi kollegiyada 25,5, cinayət kollegiyasında 26,6, hərbi kollegiyada isə 16,3 faiz artıb.

Ümumilikdə isə 2011-ci ildə Ali Məhkəməyə daxil olan işlərin sayı 8,1 faiz artıb.

Mülki işlər üzrə kollegiyanın illik fəaliyyəti ilə bağlı hesabat verən kollegiya sədri Şəlalə Məmmədova ötən il ərzində kollegiyaya daxil olan əmək, ailə, borc və kredit mübahisələri ilə bağlı işlərin sayının artdığını bildirib.

Cinayət işləri üzrə kollegiyanın sədri Şahin Yusifov bildirib ki, ötən il kollegiyaya 1071 iş daxil olub.

Hərbi işlər üzrə kollegiyada isə ötən il 107 işə baxılıb. Kollegiyanın sədri Tapdıq Mahmudov bildirib ki, 2011-ci ildə kollegiya tərəfindən 4 nəfər barəsində verilən kassasiya protesti qismən ləğv olunub, 1 nəfər barəsində olan qərar isə dəyişdirilib.

İnzibati-iqtisadi işlər üzrə kollegiyaya daxil olan şikayətlər sırasında ötən il Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qəbul etdiyi qərarlardan verilən şikayətlər üstünlük təşkil edib.

Xəbər lenti

Xəbər lenti