...

"Eurovision" öncəsi keçirilən ənənəvi böyük konsertin hazırlıqları başlayıb

Cəmiyyət Materials 17 Fevral 2012 17:34 (UTC +04:00)
"Eurovision" öncəsi keçirilən ənənəvi böyük konsertin hazırlıqları başlayıb.
"Eurovision" öncəsi keçirilən ənənəvi böyük konsertin hazırlıqları başlayıb

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir İ.İsabalayeva/

"Eurovision" öncəsi keçirilən ənənəvi böyük konsertin hazırlıqları başlayıb.

Trend-in cümə günü "Eurovision 2012" mahnı müsabiqəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, müsabiqə öncəsi mühüm tanıtım tədbirlərindən biri "Eurovision In Concert" layihəsi hesab olunur. Bu il 4-cü dəfə gerçəkləşəcək layihə Avropanın müxtəlif ölkələrindən olan fanatları bir araya toplayır.

Kipr, İsveçrə, Türkiyə və San Marinonun builki "Eurovision" təmsilçiləri aprelin 21-də Amsterdamda keçiriləcək konsertdə iştiraklarını artıq təsdiqləyib.

Ənənəvi layihə mətbuat konfransı və konsert daxil olmaqla, iki hissədən ibarətdir.

Dördüncü konsertin aparıcıları Niderlandın "Eurovision 1993"-dəki təmsilçisi Ruth Jacott və niderlandlı yazıçı, televiziya aparıcısı Cornald Maasdır.

Xəbər lenti

Xəbər lenti