...

Milli Təhlükəsizlik Nazirliyi Gəncədə əməliyyat keçirdiyini təsdiqləyib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 6 Aprel 2012 14:09 (UTC +04:00)
Milli Təhlükəsizlik Nazirliyi Gəncə şəhərində əməliyyat keçirdiyini təsdiqləyib.
Milli Təhlükəsizlik Nazirliyi Gəncədə əməliyyat keçirdiyini təsdiqləyib (ƏLAVƏ OLUNUB)

Sonuncu abzas əlavə olunub (ilk xəbər saat 12:58-də yayılıb)

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Milli Təhlükəsizlik Nazirliyi Gəncə şəhərində əməliyyat keçirdiyini təsdiqləyib.

MTN-in İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev Trend-ə bildirib ki, hazırda əməliyyat tədbirləri davam etdirildiyindən əlavə məlumat verilmir.

Xatırladaq ki, bu gün səhər saatlarında Gəncədə Nizami rayonu Mahrasa bağı adlanan ərazidə silahlı qruplaşmalarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında silahlı insident baş verib.

Gəncə şəhər Baş Polis İdarəsindən cümə günü Trend-ə bildiriblər ki, silahlı insident qanunsuz silahlı qruplaşmanın zərərsizləşdirilməsi zamanı baş verib. İnsident zamanı hər iki tərəfdən ölənlər və xəsarət alanlar var.

Gəncə şəhər hüquq-mühafizə orqanlarındakı mənbədən Trend-ə verilən məlumata görə, hadisə zamanı 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Hüquq-mühafizə orqanlarının bir əməkdaşı həlak olub, 3-ü ağır xəsarət alıb.

Qanunsuz silahlı birləşmənin 1 üzvü həlak olub, 2-si xəsarət alıb.

Hüquq-mühafizə orqanlarındakı mənbədən Trend-ə bildiriblər ki, güc strukturları tərəfindən həlak olan polkovnik-leytenant rütbəli Elşad adlı şəxs olub.

Xəbər lenti

Xəbər lenti