Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İ.İsabalayeva/
Səhiyyə Nazirliyinin "Qaynar xətt" xidmətinə (565-12-64; 595-40-15; 595-35-39) bu ilin aprel ayı ərzində 384 müraciət daxil olub.
Trend nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, müraciətlərin 201-i şikayət olub. Onların 59-u əsaslı, 142-si isə əsassız hesab edilib. Müraciətlərin 91-i sorğu xarakterli, 72-si isə cari problemlərlə bağlı olub, 20-si aidiyyəti üzrə olmayıb.
"Qaynar xətt" xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.