...

Bakıda ənənəvi KİV-dən on-line mediaya keçid müzakirə olunacaq

Cəmiyyət Materials 16 İyul 2012 16:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyul / Trend müxbir M.Əliyev/

Bakıda iyulun 17-də "Ənənəvi KİV-dən on-line mediaya" mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Mətbuat Şurasından bazar ertəsi Trend-ə verilən məlumata görə, tədbir Şuranın, ATƏT-in Bakı Ofisinin, Avropa Şurasının və Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin birgə təşəbbüsü ilə təşkil ediləcək.

Konfransda kütləvi informasiya vasitələrinin rəhbərləri, on-line media təmsilçiləri, yerli və beynəlxalq ekspertlər, müstəqil jurnalistlər, həmçinin dövlət və hökumət rəsmiləri iştirak edəcəklər.

Üç sessiyadan ibarət olacaq toplantıda əsasən on-line medianın ənənəvi media ilə əvəzlənməsində qarşıya çıxan problemlər, mövcud sahədə tətbiq edilən beynəlxalq standartlar, internet idarəetmənin xüsusiyyətləri, bu istiqamətdəki qanunvericilik bazası ilə bağlı durum, sosial media və sosial şəbəkələrin cəmiyyət həyatındakı rolu və sair məsələlər müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti