...

Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 37 dərəcəyə yüksələcək

Cəmiyyət Materials 17 İyul 2012 12:39 (UTC +04:00)
Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 37 dərəcəyə yüksələcək.
Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 37 dərəcəyə yüksələcək

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 37 dərəcəyə yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, iyulun 18-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəc isti olacağı gözlənilir.

İyulun 18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, mülayim şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında iyulun 18-də hava əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti