...

"Azəryolservis" ASC: Avtomobil yollarında sürət həddinin artırılması qəzaların çoxalmasına səbəb olmayacaq

Cəmiyyət Materials 26 İyul 2012 16:12 (UTC +04:00)
Mürsəliyev xarici ölkələrin avtomagistral yollarında sürət həddinin Azərbaycanla müqayisədə çox olduğunu deyib. Belə ki, Danimarkada magistral avtomobil yollarında sürət 110, Fransa və İtaliyada 130 km/saatdır.
"Azəryolservis" ASC: Avtomobil yollarında sürət həddinin artırılması qəzaların çoxalmasına səbəb olmayacaq

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Nəqliyyat Nazirliyinin "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti magistral avtomobil yollarında sürət həddinin artırılmasının yol qəzalarının artmasına səbəb olacağı barədə fikirlərlə razılaşmır.

Qurumun mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, magistral avtomobil yollarında aşağı sürətlə hərəkət edən nəqliyyat vasitəsi sürətlə hərəkət edən digər nəqliyyat vasitəsinə mane olur. Bu isə öz növbəsində yollarda uzunmüddətli tıxaclara, sürücülərin və sərnişinlərin narahatlığına səbəb olur.

Mürsəliyev xarici ölkələrin avtomagistral yollarında sürət həddinin Azərbaycanla müqayisədə çox olduğunu deyib. Belə ki, Danimarkada magistral avtomobil yollarında sürət 110, Fransa və İtaliyada 130 km/saatdır.

Aşağı sürətin ölkə iqtisadiyyatına hiss olunacaq dərəcədə ziyan vurduğunu deyən Mürsəliyev bildirib ki, son illər avtomobil yollarında yol nəqliyyat hadisələrinin sayının azaldılması üçün avtomobil yollarının yenidən qurulması, hərəkət zolaqlarının sayının artırılması, yeni yolların tikintisi və hərəkət şiddəti çox olan yerlərdə yolun işıqlandırılması və s. kimi geniş əhatəli işlər həyata keçirilib və hazırda da davam etdirilməkdədir.

Avtomobil yollarının buraxma qabliyyətinin nəqliyyat vasitəsinin hərəkət sürəti ilə düz mütənasib olduğunu deyən mətbuat xidmətinin rəhbəri bildirib ki, yaxın gələcəkdə tıxaclardan xilas olmaq, insanların rahatlığını və təhlükəsizliyini təmin etmək üçün yeni layihələrin icrasına başlanılacaq.

"Nəzərdə tutulan yeni layihələrin həyata keçirilməsində Nəqliyyat Nazirliyinin əsas məqsədi təhlükəsiz olaraq sürəti artırmaq və iqtisadi inkişafa nail olmaqdır", - o deyib.

Xəbər lenti

Xəbər lenti