...

Bakının 20 məktəbində "elektron jurnal" tətbiq edilib

Cəmiyyət Materials 19 Sentyabr 2012 15:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir H.Vəliyev/

Yeni tədris ilində Bakının 20 məktəbində "elektron jurnal" tətbiq edilib. Bu barədə çərşənbə günü Trend-ə layihəyə yaxın mənbə bildirib.

"Elektron jurnal"ın tətbiqi dərs məşğələlərinin aparılması mədəniyyətinin yeni səviyyəsini təmin etməyə, şagirdlərin müvəffəqiyyət və davamiyyət dərəcələrini, mövzular üzrə dərs materiallarının mənimsənilməsi keyfiyyətini təhlil etməyə və s. imkan verir.

İşlər hazırda 39 təhsil müəssisəsinin qoşulduğu "Elektron məktəb" layihəsi çərçivəsində aparılır.

Hazırda əsas vəzifə məktəblərin kompüterləşdirilməsi və onların internet şəbəkəsinə çıxışının təmin edilməsidir ki, bu da müəllimlərin "elektron jurnal"ı doldurması prosesinin sadələşdirilməsinə imkan verəcək.

Tanıma məlumatlarından (parol və login) istifadə etməklə "elektron jurnal"ın köməyi ilə şagirlərin davamiyyət və müvəffəqiyyət dərəcəsi barədə məlumat almaq mümkün olacaq.

Proqram şagirdlərin valideynləri üçün də əlçatandır. Onlar bu məlumatı təhsil portalı (edu.az) vasitəsilə əldə edə bilərlər. Bunun üçün məktəbin verdiyi istifadəçi adı və paroldan istifadə etmək vacibdir.

Xəbər lenti

Xəbər lenti