...

Azərbaycanda təcili tibbi yardım maşınları mobil qurğularla təmin olunur

Cəmiyyət Materials 3 Oktyabr 2012 10:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir H.Vəliyev/

Təcili tibbi yardım maşınları məlumatların "elektron sağlamlıq kartları" ilə tutuşdurulub yoxlanması üçün mobil qurğularla təmin olunur. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Səhiyyə Nazirliyindən məlumat verilib.

Hazırda mobil qurğuların mərkəzi məlumat bazası ilə inteqrasiyasını və onların avtonom işini təmin edən proqram modulu hazırlanır. Layihə yaxın iki ay ərzində həyata keçiriləcək.

İlkin mərhələdə layihə Bakı şəhərinin təcili tibbi yardım avtomobillərində işə salınacaq. Layihənin uğurla reallaşdırılması gələcəkdə onun regionlara yayılmasına xidmət edəcək.

Tibbi uçotun aparılması prosesinin avtomatlaşdırılması vacib informasiyanın axtarışını sadələşdirəcək və pasiyentə diaqnozun qoyulması vaxtını azaldacaq.

Xəbər lenti

Xəbər lenti