...

Tehranda iki avropalı qarşıdurmalarda iştirak ittihamı ilə həbs edilib

Cəmiyyət Materials 4 Oktyabr 2012 10:01 (UTC +04:00)
Tehranda bir neçə nəfər bazarda baş vermiş qarşıdurmalarda iştirak ittihamı ilə həbs edilib.
Tehranda iki avropalı qarşıdurmalarda iştirak ittihamı ilə həbs edilib

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir T.Cəfərov/

Tehranda bir neçə nəfər bazarda baş vermiş qarşıdurmalarda iştirak ittihamı ilə həbs edilib. Bu barədə Trend "Mehr" agentliyinə istinadən məlumat verir.

Həbs olunanlar arasında Avropa ölkələrinin iki vətəndaşı da var. Onlar özlərini turist kimi təqdim ediblər, lakin baş verən qarşıdurmanın fotoşəklini çəkiblər.

İranın valyuta bazarlarında dolların məzənnəsində baş verən tərəddüdlər və rialın məzənnəsinin aşağı düşməsindən sonra Tehranın küçə və bazarlarında adamlar toplaşmağa başlayıblar. Onlar maşınların təkərlərini yandırıb və hökumət əleyhinə şüarlar səsləndiriblər.

Müxalifyönlü "Kalemeh" saytı yazır ki, küçələrə çıxan etirazçılar İmam Xomeyni meydanına getməyi planlaşdırırlar. Bu xəbər təsdiqlənməyib.

"Mehr" agentliyinin məlumatına görə, yerli ticarətçilər öz bizneslərini izdihamdan qorumaq üçün mağazalarını bağlayıblar.

Çərşənbə günü İran Prezidenti Mahmud Əhmədinejadın mətbuat konfranasından sonra ölkə bazarında dolların qiyməti qalxıb. Bu barədə çərşənbə günü ILNA xəbər verib.

Mətbuat konfransından sonra dolların qiyməti artaraq 36 200 riala çatıb.

İranın açıq bazarlarında dolların qiyməti 3000 rial artaraq bir dollar üçün 36200 rial olub.

Xəbər lenti

Xəbər lenti