...

Sabahdan Azərbaycanda yağıntılar tədricən kəsiləcək

Cəmiyyət Materials 14 Noyabr 2012 12:10 (UTC +04:00)
Sabahdan Azərbaycanda qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi gözlənilir.
Sabahdan Azərbaycanda yağıntılar tədricən kəsiləcək

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Sabahdan Azərbaycanda qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 15-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb, şimal küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 6-9, gündüz 9-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 15-də bəzi yerlərdə yağış yağacağı, gündüz qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-9, gündüz 9-14, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.

Noyabrın 15-də Abşeron yarımadasında buludlu, rütubətli və küləkli hava şəraiti meteohəssas insanlarda diskomfort hissi yaratsa da, noyabrın 16-17-də oksigenlə daha zəngin və təmiz havaların üstünlüyü, meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti