...

Bakıda Respublika Kreativ Gənclər Forumu keçiriləcək

Cəmiyyət Materials 17 Noyabr 2012 13:52 (UTC +04:00)
“Kreativ Gənclər Şəbəkəsi” layihəsi çərçivəsində 19 noyabrda Respublika Kreativ Gənclər Forumu keçiriləcək.
Bakıda Respublika Kreativ Gənclər Forumu keçiriləcək

Azərbaycan, Bakı, 17 noyabr /Trend/

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Kreativ Gənclər Şəbəkəsi" layihəsi çərçivəsində 19 noyabrda Respublika Kreativ Gənclər Forumu keçiriləcək.

Azərbaycan Gənclər Fondundan Trend-ə verilən məlumata görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri Elnur Aslanov, Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatları və ali təhsil müəsisələrinin rəhbərləri iştirak edəcəklər.

Respublika Kreativ Gənclər Forumu Bakı, Lənkəran, Şəki, Gəncə şəhərlərində baş tutmuş Kreativ Gənclər Forumlarının ən fəal və kreativ 100 gəncini əhatə edəcək. Forum zamanı "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı ətrafında müzakirələr aparılacaq. Müzakirələr əsasında gənclər Dövlət Proqramı ilə bağlı öz kreativ təklifləri ilə çıxış edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti