...

Bayram günləri ərəfəsində Dövlət Baytarlıq Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Cəmiyyət Materials 27 Dekabr 2012 13:22 (UTC +04:00)
Bayram günləri ərəfəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bayram günləri ərəfəsində Dövlət Baytarlıq Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir E.İsmayılov/

Bayram günləri ərəfəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə,
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar əhalinin keyfiyyətli və təhlükəsiz ərzaq məhsulları ilə təmin edilməsini, eyni zamanda heyvanlardan (mal-qara, quş, balıq, arı və digərləri), heyvan məşəli məhsullardan insanlara keçə biləcək xəstəliklərin qarşısının alınması məqsədi ilə dekabrın 28-dən 31-dək ölkədə fəaliyyət göstərən bazar və yarmarkalarda qanunvericiliyə uyğun dövlət baytarlıq nəzarətini gücləndirmək məqsədi ilə reydlərin keçirilməsi nəzərdə tutulur.

Bu dövrdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti və onun tabeliyində olan baytarlıq (baytarlıq-sanitariya) fəaliyyətini həyata keçirən bütün təşkilatlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti