...

İran göyərtəsində meymun olan kosmik raketi orbitə buraxıb

Cəmiyyət Materials 28 Yanvar 2013 16:27 (UTC +04:00)
İran göyərtəsində meymun olan "Pisgham" kosmik kapsulu ilə "Kavoshgar-4" kosmik raketini uğurla orbitə buraxıb.
İran göyərtəsində meymun olan kosmik raketi orbitə buraxıb

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbirlər E.Tariverdiyeva, D.Xatınoğlu/

İran göyərtəsində meymun olan "Pisgham" kosmik kapsulu ilə "Kavoshgar-4" kosmik raketini uğurla orbitə buraxıb.

Trend "Fars" agentliyinə istinadən məlumat verir ki, peyk bazar ertəsi uğurla Yerə qayıdıb.

Bort kompüteri ekoloji, bioloji məlumatları, habelə buraxılışın bütün mərhələlərindəki təsvirləri qeydə alıb.

İran bəyan edib ki, 2020-ci ilədək kosmosa insanın, 2025-ci ilədək isə Aya astronavtların göndərilməsi üzərində çalışır.
İslam Respublikası özünün kosmik proqramının hərbi motivli olmasını rədd edir. Lakin Qərb ölkələri İranın nüvə döyüş başlıqları daşımağa qadir olan ballistik raket istehsalında irəliləyəcəyindən ehtiyatlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti