...

"Gənc Liderlər üçün Qış Universiteti - Sığortalı Gənclik" layihəsi yekunlaşıb (FOTO)

Cəmiyyət Materials 11 Fevral 2013 12:38 (UTC +04:00)
“İrəli” İctimai Birliyi və Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı və Maliyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə şəhəri “Ramada Hotel”də keçirilən "Gənc Liderlər üçün Qış Universiteti - Sığortalı Gənclik" layihəsi yekunlaşıb.
"Gənc Liderlər üçün Qış Universiteti - Sığortalı Gənclik" layihəsi yekunlaşıb (FOTO)

Azərbaycan, Bakı, 11 fevral /Trend/

"İrəli" İctimai Birliyi və Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı və Maliyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə şəhəri "Ramada Hotel"də keçirilən "Gənc Liderlər üçün Qış Universiteti - Sığortalı Gənclik" layihəsi yekunlaşıb.

Birliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, layihə müddətində 100 gənc lider liderlik, iqtisadiyyat, maliyyə, sığorta, eyni zamanda gəncləri əhatə edən müxtəlif mövzular üzrə ölkənin ən aparıcı ekspertləri ilə ünsiyyətdə və fikir mübadiləsində olmaq imkanı əldə ediblər və 6 gün davam edən layihə müddətində 5 komanda (Etimad, Uğur, Birlik, İnkişaf və Tərəqqi) qalibiyyət uğrunda yarışıb.

Eyni zamanda, layihə ərzində iştirakçıların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə müxtəlif yarışlar keçirilib.

Bakı şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları tərəfindən komandalar arasında "kəndir dartma" yarışı keçirilib və yarışda 1-ci yerə "Etimad" komandası, 2-ci yerə "İnkişaf" komandası və 3-cü yerə "Tərəqqi" komandası laiq görülüblər.

Həmçinin komandalar arası "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib və "Etimad" komandası qalib olub. Gənc liderlər son gündə "N" saylı hərbi hissədə olublar.

Qeyd edək ki, yaxın vaxtlarda "Gənc Liderlər üçün Qış Universiteti - Sığortalı Gənclik" layihəsinin bağlanış mərasimi keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti