...

Bolqarıstanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub (FOTO)

Cəmiyyət Materials 19 Mart 2013 16:54 (UTC +04:00)
Bu gün Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Maya Hristova Bakı Ali Neft Məktəbində (BANM) olub.
Bolqarıstanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub  (FOTO)

Azərbaycan, Bakı, 19 mart /Trend/

Bu gün Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Maya Hristova Bakı Ali Neft Məktəbində (BANM) olub.

Ali məktəbdən Trend-ə daxil olan məlumata görə, qonağı qəbul edən rektor Elmar Qasımov Azərbaycanının milli bayramı olan Novruz bayramı ərəfəsində Bakı Ali Neft Məktəbinə təşrif buyurduğu üçün səfir Maya Hristovaya öz minnətdarlığını bildirib və bayram münasibətilə onu təbrik edib. Bakı Ali Neft Məktəbinin tarixi və fəaliyyəti haqqında qonağa ətraflı məlumat verən Qasımov bildirib ki, ali məktəbin yaranmasında əsas məqsəd gündən-günə inkişaf edən ölkəmiz üçün, eyni zamanda, istər Azərbaycanda, istərsə də xaricdə fəaliyyətini genişləndirən və artıq transmilli şirkətə çevrilən ARDNŞ üçün beynəlxalq standartlara cavab verən, ingilisdilli kadrların hazırlanması olub. Bakı Ali Neft Məktəbinə ən yüksək göstəricilərə malik tələbələrin qəbul olunduğunu deyən rektor hazırda yüksək səviyyədə təchiz olunmuş binada fəaliyyət göstərən BANM üçün yaxın gələcəkdə ən müasir tələblərə cavab verən kampusun salınacağını söyləyib.

Daha sonra rektor ali məktəbin beynəlxalq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edərək bildirib ki, Avropa təhsil sisteminin tələblərinə uyğun yaradılmış Bakı Ali Neft Məktəbinin önəm verdiyi əsas məsələlərdən biri də Avropanın aparıcı təhsil mərkəzləri ilə əlaqələrin qurulmasıdır. Qısa müddət ərzində bu istiqamətdə görülmüş işlər haqqında məlumat verən Elmar Qasımov qeyd edib ki, ən müasir standartlara uyğun tədris prosesinin yaradıldığı ali məktəblə Böyük Britaniyanın Heriot-Vatt Universiteti arasında sıx tərəfdaşlıq münasibətləri qurulub ki, bunun nəticəsi olaraq BANM məzunlarına iki diplomun verilməsi nəzərdə tutulub.

Maya Hristova Bakı Ali Neft Məktəbinə gəlişindən məmnunluq duyduğunu vurğulayıb. O, Azərbaycan xalqının milli və ənənəvi bayramı olan Novruz bayramı münasibətilə öz təbriklərini və xoş arzularını rektora bildirib. Səfir qısa vaxt ərzində Bakı Ali Neft Məktəbində yaradılan şəraitdən və əldə olunan yüksək nəticələrdən razı qalaraq, ali məktəblə müxtəlif təhsil layihələri çərçivəsində əməkdaşlıq qurmaq niyyətini ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti