...

Bakıda mənzil fırıldaqçılığının üstü açıldı

Cəmiyyət Materials 6 May 2013 18:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İ.İzzət/

Mənzil tikinti kooperativinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılmış araşdırmalarla "Etalon İnşaat" MTK tərəfindən paytaxtın Xətai rayonu ərazisində tikilməkdə olan yaşayış binasındakı mənzillərin aldatma yolu ilə təkrar olaraq ayrı-ayrı şəxslərə satılması aşkar edilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, "Əzizbəyov-KM" MMC-nin sifarişi ilə 2006-cı ildə inşasına başlanılmış yaşayış binasındakı bir neçə mənzil "Etalon İnşaat" MTK-nın vəzifəli şəxsləri tərəfindən öz qulluq mövqelərindən sui-istifadə etməklə ayrı-ayrı şəxslərə satılıb. Nəticədə vətəndaşlar - Məzahir Abdullayevə 39 min 710 manat, Baladayı Məmmədova 49 min 59 manat, Xankişi Xankişiyevə 50 min 751 manat, Camal Omarova 36 min 696 manat məbləğində və digər şəxslərə külli miqdarda ziyan vurulub.

Fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti