...

ABŞ-ın "Vice" nəşri Naxçıvanı San-Fransisko ilə müqayisə edib

Cəmiyyət Materials 10 May 2013 17:46 (UTC +04:00)
Naxçıvan inanılmaz dərəcədə inkişaf etmiş və tərəqqiyə nail olmuş məkandır.
ABŞ-ın "Vice" nəşri Naxçıvanı San-Fransisko ilə müqayisə edib

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir E.Tariverdiyeva/

Naxçıvan inanılmaz dərəcədə inkişaf etmiş və tərəqqiyə nail olmuş məkandır. Trend-in məlumatına görə, bu barədə ABŞ-ın "Vice" nəşrinin saytında dərc edilən Mark Heyin müəllifi olduğu "Qafqaz dağlarının San-Fransiskosu - Naxçıvana xoş gəlmisiniz!" məqaləsində deyilir.

Heyin sözlərinə görə, Azərbaycanın Naxçıvan Muxtar Respublikasına səfər edərkən özünü San-Fransisko və ona bənzər başqa bir yerə səyahət etmiş kimi hiss edib.

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlayandan sonra Naxçıvan blokadaya düşdü: təbii qazdan, dəmiryol əlaqəsindən, radiorabitə və elektrikötürücü xətlərdən məhrum oldu, kənd təsərrüfatı zəiflədi, qids sənayesində defisit yarandı", - məqalədə qeyd edilir.

Hey yazır ki, hər il Naxçıvanı on minlərlə insan tərk edirdi, hər üç ağacdan biri kəsilir və sərt qış dövründə odun kimi istifadə edilirdi. Bununla belə, Heydər Əliyevin göstərişi ilə tikilən iki kiçik körpü əhalinin yaşayışını təmin edirdi.

Məqalədə deyilir ki, muxtar respublikaya rəhbərlik edən Azərbaycanın ümummilli lideri Heydər Əliyev bölgənin İran və Türkiyə ilə əlaqələrini qurdu, 1993-cü ildən isə Azərbaycana rəhbərlik etməyə başladı.

"Həmin dövrdən etibarən Naxçıvan tərəqqinin yeni mərhələsinə qədəm qoydu. Belə ki, 1995-2012-ci illərdə ÜDM-in həcmi 48 dəfə artıb", - müəllif yazır.

Heyin sözlərinə görə, naxçıvanlılar doğma yerlərini bölgənin turizm imkanlarını genişləndirmək üçün təbliğ edirlər.

Naxçıvan, həmçinin geni modifikasiya olunmuş məhsulların kənd təsərrüfatı sahəsinə gəlir gətirə biləcəyinə baxmayaraq, həmin məhsullardan imtina etməklə yerli ekoloji təmiz məhsulları ilə şöhrət tapıb.

Müəllifin sözlərinə görə, San-Fransiskoya bənzəyən Naxçıvan texnoloji sahədə də inkişaf edir.

"Yerli mobil rabitə və internet şirkətlərinin inkişaf prosesi, o cümlədən 2015-ci ilədək regionun bütün yollarının müasirləşdirilməsi və təmiri prosesi gedir. Hazırda Naxçıvanda əhalinin 72 faizi internetdən istifadə edir. Ermənistanla sərhədədək 8 rayon və 200 kənd simsiz şəbəkə ilə təchiz edilib", - Hey qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti