Azərbaycan, Bakı, 16 may /Trend/
Azərbaycan Rusiyanın Həştərxan vilayətinin mərkəzində Knyaz Vladimirə abidə qoyacaq və onun ətrafındakı ərazini abadlaşdıracaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Həştərxan regionu hökumətinin sədri Konstantin Markelovun Xəzəryanı dövlətlərin səfirlərinin müşavirəsindəki çıxışına istinadən yerli radio məlumat verib.
Onun sözlərinə görə, abidənin açılışı Həştərxanın 455 illiyinin bayram edilməsi münasibəti ilə bu ilin sentyabrında planlaşdırılır:
"Bundan əlavə, Heydər Əliyev adına on bir nömrəli Həştərxan məktəbində beynəlxalq əməkdaşlıq çərçivəsində Azərbaycan uşaq bağçası tikəcək".
Markelov bildirib ki, Həştərxan tərəfinin cavab jesti 2013-cü ildə Azərbaycan paytaxtında Bakıda Həştərxan və Bakı arasında dostluq abidəsinin qurulması olacaq.