...

Monteneqro- əsrarəngiz ölkədə istirahət

Cəmiyyət Materials 5 İyun 2013 11:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Monteneqro - bu əsrarəngiz ölkədə kim istirahət etmək istəməzki? Biz sizə bu ölkənin ən yaxşı kurort şəhərlərindən biri sayılan Svetoy Stefan şəhərində dincəlməyi təklif edirik. Bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir.

Svetoy Stefan Monteneqroda sahil ətrafında kiçik bir təpənin və ətrafı yaşıllıqla bürünmüş bir ərazidə yerləşir. Bu kurort şəhəri bura gələn turistlərə əlverişli coğrafi mühiti, qədim adət-ənənələri və tarixi abidələri ilə yadda qalan bir istirahət bəxş edir.

Şəhər bir zamanlar adi bir balıqçı kəndi sayılırdı. Hal- hazırda Svetoy Stefan Monteneqronun bənzəri olmayan və dincəlmək üçün ən sakit şəhərlərindən biri sayılır. Bu ada şəhəri Budvadan 9 km aralı yerləşir.

Şəhərdə XV əsrə aid qədim bir qala vardır ki, bu qalanın da adı Svetoy Stefan qalasıdır və bu şəhərə turistlər gəldiyi zaman bu qalanı görmək imkanı əldə edə biləcəklər. Qala XV əsrdə müdafiə xarakterli tikilmiş və bu günümüzə qədər qorunub saxlanmışdır.

Svetoy Stefan turistləri təkcə öz gözəlliyi ilə deyil, həm də burada olan insanların gülər üzü, sakitliyi və şəhərin qədimiliyi ilə cəlb edir.

Adriatik dənizinin ətrafında yerləşən Svetoy Stefan gözəl çimərliyi və çəhrayı qumu ilə insanları valeh edir. Bu şəhərdə hər bir kəsin zövqünə və büdcəsinə uyğun otellər fəaliyyət göstərir. Bunlardan Milan 4 *, Zarko Mitroviç 4 * , Jovo Mitrovic 4 * , Kentere 3 * , Sunrose 4 * , Sara Lux 4 * şəhərdə ən yaxşı otellərdən sayılır. Bu otellərdə qaldığınız zaman siz burada peşəkar işçilərin yüksək xidmətlərinin şahidi olacaqsınız.

Monteneqronun Svetoy Stefan şəhərində dincəlmək üçün siz "Millennium Tourism & Congress DMC"şirkəti ilə əlaqə saxlamalısınız

Ünvan:Nigar Rəfibəyli 12/14 AZ1001 Bakı Azərbaycan
Tel:012 497 54 00
Mob: 070 221 90 64

Məqalədə:
Xəbər lenti

Xəbər lenti