...

Azərbaycanda hotel işçilərinin təlim kurslarına məcburi şəkildə göndərilməsi təklif olunur

Cəmiyyət Materials 22 Oktyabr 2013 15:53 (UTC +04:00)
Azərbaycan Turizm Assosiasiyası (AzTA) bu ildən ölkədə fəaliyyət göstərən hotellərin işçilərinin təlim kurslarına məcburi şəkildə göndərilməsi məsələsinin hotel rəhbərlikləri qarşısında qoyulması təklifi ilə Mədəniyyət və Turizm Nazirliyinə müraciət edəcək.
Azərbaycanda hotel işçilərinin təlim kurslarına məcburi şəkildə göndərilməsi təklif olunur

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Turizm Assosiasiyası (AzTA) bu ildən ölkədə fəaliyyət göstərən hotellərin işçilərinin təlim kurslarına məcburi şəkildə göndərilməsi məsələsinin hotel rəhbərlikləri qarşısında qoyulması təklifi ilə Mədəniyyət və Turizm Nazirliyinə müraciət edəcək.

AzTA sədri Nahid Bağırov Trend-ə bildirib ki, xidmətlərin təşkili ilə bağlı olan nöqsanların aradan qaldırılması üçün mehmanxana işçiləri təlim kurslarında iştirak etməlidirlər. Belə təlim kursları Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Turizm Assosiasiyası tərəfindən hər il təşkil olunsa da, əksər mehmanxanaların rəhbərliyi bu kurslara çox əhəmiyyət vermir və öz işçilərini bu kurslara göndərmir:

"Ancaq biz nazirliyə müraciət edəcəyik ki, bu, cari ildən etibarən məcburi tələb kimi qoyulsun, hər bir hotel öz işçilərinin ən azı 50 faizini treninqlərə göndərsin. Dünya praktikasında belə bir məsələ var ki, lisenziya almaq istəyən hotelin işçilərinin mütləq hər hansı treninq kursunu bitirməsi haqqında sertifikatı olmalıdır. Bu onlar üçün məcbiryyətdir".

AzTA sədri onu da əlavə edib ki, builki yay turizm mövsümü ərzində hotellərdə aparılan monitorinqlər zamanı xidmətlərin səviyyəsinin standartlara cavab vermədiyi üzə çıxıb. Belə nöqsanlara ölkənin demək olar ki, bütün bölgələrindəki mehmanxanalarda rast gəlinir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti