...

Azərbaycanda bu il 74 uşaq “yol terroru”nun qurbanı olub

Cəmiyyət Materials 18 Noyabr 2013 11:27 (UTC +04:00)
Azərbaycanda 2013-cü ilin 10 ayı ərzində baş verən yol qəzaları nəticəsində 74 uşaq dünyasını dəyişib.
Azərbaycanda bu il 74 uşaq “yol terroru”nun qurbanı olub

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir İ.İzzət/

Azərbaycanda 2013-cü ilin 10 ayı ərzində baş verən yol qəzaları nəticəsində 74 uşaq dünyasını dəyişib. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

Şöbə rəisinin sözlərinə görə, hadisələr nəticəsində 16 yaşına qədər olan uşaqlardan 74 nəfər həlak olub, 242 nəfər yaralanıb. Ölənlərdən 27-si 7 yaşına qədər, 47-si 7 yaşından 16 yaşına qədər uşaqlar olub.

Yaralılardan 59-u 7 yaşına qədər, 183-ü 7 yaşından 16 yaşına qədər uşaqlar olub.

Qeyd edək ki, 2013-cü ilin 10 ayı ərzində respublika ərazisində 2426 yol-nəqliyyat hadisəsi baş verib. Hadisələr nəticəsində 971 nəfər ölüb, 2558 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti