...

İrəli İctimai Birliyinin Gəncə şəhər nümayəndəliyi şəhidləri yad edib (FOTO)

Cəmiyyət Materials 20 Yanvar 2014 17:58 (UTC +04:00)
İrəli İctimai Birliyinin Gəncə şəhər nümayəndəliyi 20 yanvar şəhidlərinin əziz xatirəsini yad etmək adına Gəncənin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı, şəhər rəhbərliyinin təşəbbüsü ilə abadlaşdırılan möhtəşəm abidə kompleksinin ucaldıldığı Şəhidlər Xiyabanını ziyarət ediblər.
İrəli İctimai Birliyinin Gəncə şəhər nümayəndəliyi şəhidləri yad edib (FOTO)

İrəli İctimai Birliyinin Gəncə şəhər nümayəndəliyi 20 yanvar şəhidlərinin əziz xatirəsini yad etmək adına Gəncənin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı, şəhər rəhbərliyinin təşəbbüsü ilə abadlaşdırılan möhtəşəm abidə kompleksinin ucaldıldığı Şəhidlər Xiyabanını ziyarət ediblər.

Şəhidlərin ruhunu şad etmək üçün Şəhidlər Xiyabanına gələn Gəncə İRƏLİçiləri məzarların üstünə təzə-tər gül-çiçək dəstələri qoyaraq, dualar oxuyub, bir dəqiqəlik sükutla bütün şəhid olan igid oğul və qızlarımızı yad ediblər.

Qeyd edək ki, artıq 20 Yanvar hadisələrinin üstündən 24 il keçir. Hər il yanvarın 20-də yüzminlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edir. Nəsillər dəyişəcək, şəhidlərimizin xatirəsi ürəklərdə əbədi yaşayacaq.
Allah rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti