...

Azərbaycanda sürücülərin yol cərimələrinin ödənilməsi asanlaşdırılır

Cəmiyyət Materials 3 Aprel 2014 09:00 (UTC +04:00)
Azərbaycanda sürücülərin yol cərimələrinin ödənilməsinin asanlaşdırılması üçün əlavə tədbirlər görüləcək.
Azərbaycanda sürücülərin yol cərimələrinin ödənilməsi asanlaşdırılır

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda sürücülərin yol cərimələrinin ödənilməsinin asanlaşdırılması üçün əlavə tədbirlər görüləcək.

"Komtec" şirkətindən Trend-ə bildiriblər ki, bu ilin ortalarında Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə cərimələri MilliÖn ödəniş terminalları vasitəsilə ödəmək mümkün olacaq.

Şirkətdən deyiblər ki, kommersiya tərkibli razılaşma artıq əldə olunub və hazırda layihənin texniki aspektlərinin həlli üzrə işlər aparılır.

MilliÖN ödəniş terminallarında, həmçinin bank kartlarından istifadə mümkün olacaq ki, bu da xidmətə görə ödəniş etmək üçün pulları avtomatik köçürməyə imkan yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti