...

Hesablama Palatasına əlavə səlahiyyətlərin verilməsi təklif olunub

Cəmiyyət Materials 18 Aprel 2014 13:56 (UTC +04:00)
Azərbaycan Milli Məclisində Hesablama Palatasına əlavə səlahiyyətlərin verilməsi təklif olunub.
Hesablama Palatasına əlavə səlahiyyətlərin verilməsi təklif olunub

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Milli Məclisində Hesablama Palatasına əlavə səlahiyyətlərin verilməsi təklif olunub. Trend-in məlumatına görə, bu təkliflə iqtisadçı deputat Vahid Əhmədov çıxış edib.

Deputat Hesablama Palatasının aşkar etdiyi qanunazidd əməlləri törədənlərin bəzi dövlət qurumlarında cəzalandırmağının vacibliyini bildirib.

Onun sözlərinə görə, Palata 2013-cü ildə Təhsil Nazirliyi, Satınalmalar üzrə Dövlət Agentliyi, Mədəniyyət və Turizm Nazirliyi sistemində müəyyən qanun pozuntularına rast gəlib.

Millət vəkili qeyd edib ki, Palata tərəfindən aşkar olunan korrupsiya faktları ilə bağlı ibtidai istintaqın aparılması üçün ona səlahiyyət verilməsini istəyib və bunun Palatanın fəaliyyəti üçün məhsuldar olacağını bildirib.

Palataya səlahiyyətlərin verilməsi üçün eyni təkliflə deputat Zahid Oruc da çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti