...

150 min tələbə "Bakı 2015" Avropa Oyunlarının ölkəmizdə keçirilməsinə rəy bildirəcək (FOTO)

Cəmiyyət Materials 6 May 2014 15:36 (UTC +04:00)
Bu il mayın 7-dən başlayaraq 150 min tələbənin iştirakı ilə “Bakı 2015 İlk Avropa Oyunları” başlıqlı rəy sorğusuna start veriləcək.
150 min tələbə "Bakı 2015" Avropa Oyunlarının ölkəmizdə keçirilməsinə rəy bildirəcək (FOTO)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir E.Mehdiyev/

Bu il mayın 7-dən başlayaraq 150 min tələbənin iştirakı ilə "Bakı 2015 İlk Avropa Oyunları" başlıqlı rəy sorğusuna start veriləcək.

Trend-in məlumatına görə, iyunun 15-dək davam edəcək sorğu Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Azərbaycan Prezidenti yanında Gənclər Fondunun (AzGF) və "Bakı 2015 İlk Avropa Oyunları"nın Təşkilat Komitəsinin dəstəyi ilə paytaxt Bakı və ölkəmizin regionlarının təhsil müəssisələrinin tələbələri arasında gerçəkləşəcək.

Bu gün keçirilmiş mətbuat konfransında ATGTİ-nin sədri Şahin İsmayılov və Gənclər Fondunun Aparat rəhbəri Faiq Qürbətov gerçəkləşəcək layihə ilə bağlı mətbuat nümayəndələrinə məlumat veriblər.

Ş.İsmayılov deyib ki, bu, ölkəmizdə tələbələr arasında gerçəkləşəcək ən böyük layihələrdən biri olacaq: "150 mindən artıq tələbə arasında aparılan sorğu nəticəsində 12-15 min könüllü tələbə seçiləcək".

Könüllülərin seçimi prosesinə 300-dən artıq tələbə cəlb olunub. Nəticə etibarilə müsabiqədən keçmiş könüllülər üçün Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin xətti ilə ölkəmizə gələcək xüsusi şəxslər tərəfindən treninqlər təşkil olunacaq.

İyunun 15-dək keçiriləcək sorğunun əsas məqsədi tələbə-gənclərin "Bakı 2015 İlk Avropa Oyunları"na münasibətini öyrənmək, onlara bu yarışma haqqında dolğun məlumat verərək, tələbə-gənclərin bu möhtəşəm idman tədbirində könüllü olmaq (və ya olmamaq) istəklərini müəyyənləşdirməkdir. Bundan əlavə, oyunlarda könüllü olmaq istəyən tələbə-gənclərə şərait yaradaraq, onların yarışlara cəlb olunması və gələcəkdə istifadə oluna biləcək ümumi könüllü məlumat bazasının formalaşdırılması da sorğunun əsas məqsədlərindəndir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti