...

Səbail rayon İcra Hakimiyyətində sürücü işləyən şəxs barəsində cinayət işi başlanıb

Cəmiyyət Materials 13 May 2014 18:40 (UTC +04:00)
Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsi Səbail rayon İcra Hakimiyyətində sürücü işləyən şəxsin ölümlə nəticələnən yol qəzası törətməsi barədə birgə məlumat yayıblar.
Səbail rayon İcra Hakimiyyətində sürücü işləyən şəxs barəsində cinayət işi başlanıb

Azərbaycan, Bakı, 13 may /Trend/

Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsi Səbail rayon İcra Hakimiyyətində sürücü işləyən şəxsin ölümlə nəticələnən yol qəzası törətməsi barədə birgə məlumat yayıblar.

Trend-ə daxil olan məlumatda qeyd olunur ki, mayın 11-də saat 23:30 radələrində Səbail rayon İcra Hakimiyyətində sürücü vəzifəsində işləyən, Bakı şəhər sakini Sabir Hacıkərimov idarə etdiyi "Hyundai Grandeur" markalı "10-AS-509" dövlət nömrə nişanlı avtomobillə Səbail rayonu ərazisində hərəkətdə olarkən piyadalar - Xalid Cəbrayılov, Zəfər Xəlilov və Misir Şirinovu vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb, X.Cəbrayılov və Z.Xəlilov isə bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdiriliblər.

Fakta görə Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

S.Hacıkərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti