...

BQXK Azərbaycan zabitləri üçün təlim kursu keçir

Cəmiyyət Materials 10 İyun 2014 17:06 (UTC +04:00)
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Silahlı Qüvvələrin zabitləri üçün təlim kursu keçir.
BQXK Azərbaycan zabitləri üçün təlim kursu keçir

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İ.İzzət/

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Silahlı Qüvvələrin zabitləri üçün təlim kursu keçir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində müxtəlif kateqoriyadan olan zabit heyəti üçün BQXK-nin Azərbaycan nümayəndəliyi tərəfindən beynəlxalq humanitar hüquq mövzusunda təlim kursu keçirilir.

Tədbirdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin sülhməramlı qüvvələrlə əlaqələri, beynəlxalq humanitar hüququn prinsipləri, qaydaları və hərbi əməliyyatlarda tətbiqi, qərargah planlaşdırılmasında beynəlxalq humanitar hüquq amili və digər mövzularda məruzələr dinləniləcək, brifinqlər təqdim olunacaq.

Kurs iyunun 11-də sona çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti