...

"İrəli" İctimai Birliyinin yeni seçilmiş sədri və heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Cəmiyyət Materials 28 İyun 2014 21:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir İlkin İzzət/

"İrəli" İctimai Birliyinin yeni seçilmiş sədri və heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

Trend xəbər verir ki, "İrəli" İctimai Birliyinin yeni seçilmiş sədri Mirhəsən Seyidov və Nəzarət Təftiş Komissiyası bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib və "İrəli" İctimai Birliyi adından Ulu Öndərin məzarı üzərinə əklil qoyub, ümummilli liderin əziz xatirəsini yad ediblər. Görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib.

Qeyd edək ki, 27 iyun 2014-cü ildə "İrəli" İctimai Birliyinin IV hesabat-seçki konfransı keçirilərək təşkilata yeni sədr, o cümlədən Nəzarət-Təftiş Komissiyasına yeni üzvlər seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti