• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Cəmiyyət

Elmar Vəliyev: "Möhtərəm Prezidentimizin tapşırıqları Gəncədə hər zaman yüksək səviyyədə yerinə yetiriləcək" (FOTO)

22 Oktyabr 2014 11:19 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Gəncə şəhər İcra Hakimiyyətində bu ilin doqquz aylıq yekunları və qarşıda duran vəzifələrlə bağlı şəhər fəallarının yığıncağı keçirilib. Yığıncaqda müəssisə və təşkilat rəhbərləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər. Öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 oktyabr - Müstəqillik Günündə Gəncəyə tarixi səfərini, son illər və 2014-cü ilin doqquz ayında şəhərin sosial-iqtisadi, ictimai-siyasi həyatını, qazanılan uğurları, Gəncənin qədimliyini saxlamaqla, müasirləşməsini əks etdirən sənədli film nümayiş etdirilib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbir iştirakçılarını Müstəqillik Günü münasibətilə təbrik edib, onlara səmərəli fəaliyyətlərində uğurlar arzulayıb. O, ölkə başçısının Gəncəyə 13-cü səfərini 2014-cü ilin ən əlamətdar hadisəsi olaraq dəyərləndirib. Cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində şəhərin yeni intibah dövrü yaşadığını, bütün sahələrdə görkəmli nailiyyətlərin əldə edildiyini, ulu öndər Heydər Əliyev siyasi kursuna daim sədaqətli olan gəncəlilərin inkişaf və tərəqqi naminə əzmkarlıqla və fədakarlıqla çalışdıqlarını qeyd edib və bütün gəncəlilər adından cənab İlham Əliyevə, onun xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.

İcra başçısı möhtərəm Prezidentimizin tapşırıqlarının Gəncədə hər zaman yüksək səviyyədə yerinə yetiriləcəyini, 2014-cü ilin də şəhərin tarixində qələbə və zəfər ili olaraq yadda qalacağını vurğulayıb.

Çıxış edənlər - ADAU-nun rektoru professor İbrahim Cəfərov, Təhsil İdarəsinin müdiri Zakir Hüseynov, Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, Qafqaz Müsəlmanlarının Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov və başqaları ümummilli lider Heydər Əliyevin ənənələrini sədaqətlə davam etdirən cənab İlham Əliyevin Gəncəyə və gəncəlilərə həmişə böyük qayğı göstərdiyini, gəncəlilərin də bu etimada layiqli işləri, möhtəşəm töhfələri ilə cavab verdiklərini, bundan sonra da bu uğurları davam etdirəcəklərini bildirməklə, səmimi təşəkkürlərini ifadə ediblər.

Tədbirin sonunda Gəncənin ictimai-siyasi həyatında fərqlənən şəhər fəallarından bir qrupuna Fəxri Fərman və qiymətli hədiyyələr təqdim edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Gəncə şəhər İcra Hakimiyyəti
Azernews Newspaper
Digər xəbərlər
Gəncə yazarlarından Bəxtiyar Vahabzadə yaradıcılığına ehtiram
Mədəniyyət 13 Oktyabr 2015 13:09
Gəncə Şəhər İcra Hakimiyyətinin işçisi iş otağında ölüb
Hadisə 10 Avqust 2015 13:28
Prezident mükafatları təqdim olunub (FOTO)
Cəmiyyət 1 Avqust 2015 10:53
Gəncədə “Təhsil” Respublika İdman Mərkəzinin cüdo və ağırlıq qaldırma zallarının açılışı olub (FOTO)
Cəmiyyət 14 İyul 2015 09:54
Gəncəli şagirdlər Naxçıvana yola düşüblər (FOTO)
Cəmiyyət 21 Mart 2015 15:47
Gəncə şəhər İcra Hakimiyyətində yeni təyinatlar (FOTO)
Cəmiyyət 19 Mart 2015 20:07
Elmar Vəliyev sərgi-konsertdə iştirak edib (FOTO)
Cəmiyyət 30 Dekabr 2014 10:30
"Baku Chamber Orchestra" Gənclər Kamera Orkestri Gəncədə olub (FOTO)
Cəmiyyət 26 Dekabr 2014 09:34
Məcburi köçkünlər yeni mənzillərə köçürülür-Gəncədə (FOTO)
Cəmiyyət 17 Dekabr 2014 10:33
Elmar Vəliyev Kəlbəcərdən olan məcburi köçkünlərlə görüşüb (FOTO, VİDEO)
Cəmiyyət 15 Dekabr 2014 16:43
Gəncədə Mirzə Şəfi Vazehin 220 illik yubileyinə hazırlıqla bağlı yığıncaq keçirilib (FOTO)
Cəmiyyət 3 Sentyabr 2014 09:52
Gəncədə sərin su aksiyası keçirilir
Cəmiyyət 21 Avqust 2014 10:08
İnam və etibar artır (FOTO)
Cəmiyyət 15 Avqust 2014 11:14
Gəncə şəhər Pensiyaçıların Ərazi Sosial Xidmət Mərkəzindəki yaşayışçılar tibbi müayinədən keçib (FOTO)
Cəmiyyət 9 Avqust 2014 15:34
Gəncədə daha bir piyada keçidinin açılışı olub (FOTO)
Cəmiyyət 14 İyul 2014 16:35
Gəncədə Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadzenin xatirəsi anılıb (FOTO)
Siyasət 10 İyul 2014 17:13
Gəncə şəhər İcra Hakimiyyətində yeni təyinatlar olub
Cəmiyyət 13 İyun 2014 08:29
Gəncədə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilən ağacəkmə aksiyasına yekun vurulub (FOTO)
Cəmiyyət 6 May 2014 14:23
Ən çox oxunanlar
Azərbaycanın ikinci peykinin buraxılışı təxirə salındı - SƏBƏB? (YENİLƏNİB)
Azərbaycanın ikinci peykinin buraxılışı təxirə salındı - SƏBƏB? (YENİLƏNİB)
Artıq “WhatsApp”a hamı daxil ola bilməyəcək - Yaş həddi...
Bakıda 4 orta məktəbdə dərslər dayandırılıb
Yeni nazirdən məktəbəqədər təhsil müəssisələrinin yenidən nazirliyin tabeliyinə verilməsi məsələsinə münasibət
Nəzər nöqtəsi
Ekspert: Azərbaycan və Türkiyə əməkdaşlıqda yeni müstəviyə keçirlər

Ekspert: Azərbaycan və Türkiyə əməkdaşlıqda yeni müstəviyə keçirlər

Deputat: Eyni ayda keçirilmiş seçkilər Azərbaycanda inkişafa, Ermənistanda isə siyasi xaosa səbəb oldu
Deputat: Qatil Sarkisyan hərbi tribunalda cəzalandırılmalıdır
Sədaqət Vəliyeva: Sarkisyan beynəlxalq tribunal qarşısında törətdiyi cinayətlərin cavabını da verməlidir
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter