...

TQDK-ya əlavə səlahiyyətlərin verilməsi, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın isə ləğv olunması təklif edilib

Cəmiyyət Materials 18 Noyabr 2014 17:46 (UTC +04:00)
Azərbaycanda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) səlahiyyətlərinin artırılması, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın isə ləğv olunması təklif edilir.
TQDK-ya əlavə səlahiyyətlərin verilməsi, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın isə ləğv olunması təklif edilib

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) səlahiyyətlərinin artırılması, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın isə ləğv olunması təklif edilir.

Trend-in məlumatına görə, millət vəkili Zahid Oruc Milli Məclisdə "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxışında təklif edib ki, müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması üçün TQDK-ya müəllim biliyinin qiymətləndirilməsi səlahiyyəti verilsin.

Z.Oruc hesab edir ki, könüllü şəkildə biliyin qiymətləndirilməsi testindən keçən müəllimlərə bir neçə dəfə artıq maaş, yaxud qüsursuz çalışanlara mənzil və ya ipoteka verilə bilər.

Millət vəkili əlavə edib ki, 7 il ərzində 45 min insan dövlət qulluğuna sənəd verib: "Onların yalnız 4 mini işlə təmin olunub. Yerdə qalan 41 min nəfər isə işlə təmin olunmayıb. Buna görə də Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ləğv olunmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti