ƏƏSMN-in kollegiya iclası keçirilib (FOTO)

ƏƏSMN-in kollegiya iclası keçirilib (FOTO)

Azərbaycan, Bakı, 26 yanvar /Trend/

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) 2014-cü il ərzində görülən işlərin, nazirliyin fəaliyyət sahələrində aparılan islahatların yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib. Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iclası giriş sözü ilə açaraq, ölkəmizin sabit makroiqtisadi inkişaf tempinin 2014-cü ildə uğurla qorunub saxlanıldığını vurğulayıb: "Respublika hökumətinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi, dünyanı bürümüş iqtisadi və maliyyə böhranı, eyni zamanda, bölgədə baş verən xoşagəlməz hadisələr, toqquşmalar Azərbaycanın uğurlu inkişafına təsir etməyib. İqtisadiyyatın 2,8 faiz, xüsusən qeyri-neft sektorunun 7 faiz artması, iqtisadiyyata 27 milyard dollar investisiyanın yatırılması, 123 mindən çox yeni iş yerinin yaradılması və işsizliyin 4,9 faizə enməsi ölkəmizin ötən il əldə etdiyi mühüm nailiyyətlərdir. Bunlar, eləcə də əhalinin pul gəlirlərinin 1,4 faizlik inflyasiyanı üç dəfədən çox üstələməklə 4,8 faiz artması ümumən dünya miqyasında ən uğurlu göstəricilər kimi diqqəti cəlb edir".

Ötən il də dövlət siyasətində sosialyönümlülük kursuna üstünlük verildiyini bildirən nazir həmin dövrdə dövlət büdcəsindən sosialyönümlü xərclərə 9,9 faiz, o cümlədən sosial müdafiə və sosial təminat xərclərinə 12,6 faiz çox vəsait yönəldilməsini bunun növbəti bariz təzahürü kimi qeyd edib: "Keçən il ölkə üzrə ümumilikdə 506 mindən çox insan sosial müavinət və Prezident təqaüdləri ilə təmin edilib. Bu dövrdə dövlət başçısının müvafiq fərman və sərəncamları ilə sosial cəhətdən həssas qruplara aid 80 min nəfərədək insana yönələn sosial ödənişlərdə ciddi artımlar edilib. Ümumilikdə hesabat dövründə sosial müavinət və təqaüdlərin, kompensasiyaların ödənilməsinə 2013-cü illə müqayisədə 50,4 milyon manat və ya 20,8 faiz çox vəsait sərf olunub".

S.Müslümov əlavə edib ki, ölkə rəhbərinin müvafiq sərəncamlarına əsasən, hesabat dövründə 2014-cü ilin əvvəlinədək növbədə olan bütün vətəndaşlar, yəni 1453 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxs, eləcə də ötən il növbəyə dayananlardan 67 nəfəri avtomobillə təmin olunub: "Eyni zamanda, keçən il 174 nəfər müharibə əlili və şəhid ailəsinə mənzil verilib. Möhtərəm dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq, 2014-cü il yanvar ayının 1-dək mənzil növbəsinə dayanmış 5731 nəfər əlil və şəhid ailəsi 2014-2018-ci illərdə mənzil və ya fərdi evlə təmin ediləcək. Hazırda əlil və şəhid ailələri üçün paytaxtda və daha 4 rayonda çoxmənzilli binalar, habelə 52 rayonda 353 fərdi ev tikilir. Ayrılmış vəsait hesabına 2015-ci ildə 1031 ədəd, o cümlədən 487 ədəd fərdi evin və 544 ədəd mənzilin əlil və şəhid ailələrinə verilməsi nəzərdə tutulur".

Nazir bildirib ki, ölkədə sosial rifah halının yaxşılaşması və dövlət sosial yardım təyinatında ünvanlılığın təminatına nəzarətin gücləndirilməsi nəticəsində ünvanlı yardım alan ailələrin sayı 35,5 faiz azalaraq 92 514-ə enib. Bu azalma digər tərəfdən hər ailəyə düşən ünvanlı yardımın orta aylıq məbləğinin 23,5 faiz artaraq 155 manata çatması ilə müşaiyət olunub:"Ünvanlı dövlət sosial yardımının təyinatı mexanizminin avtomatlaşdırılması işləri artıq yekunlaşır. Yaxın 3-4 ay ərzində bu yardımlar üçün müraciətlərin elektron qaydada qəbuluna və yardım təyinatlarının avtomatlaşdırılmasına başlanacaq". S.Müslümov Azərbaycan Prezidentinin 2014-cü il 3 fevral tarixli Fərmanının icrası olaraq qısa müddətdə əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılması və tətbiqini hesabat dövrünün mühüm uğurlarından biri kimi dəyərləndirib: "Hazırda bu sistem yalnız əmək hüquqlarının təminatına deyil, ümumən əmək bazarına dövlət tərəfindən ən səmərəli nəzarət mexanizmini təmin edir". Nazir hesabat dövründə həyata keçirilən dövlət nəzarəti zamanı işəgötürənlər tərəfindən 20417 halda əmək qanunvericiliyinin pozulması faktının aşkar edildiyinə toxunub: "Həmin hüquq pozuntularına yol vermiş işəgötürənlərə qarşı qanunvericiliyə əsasən cərimələr tətbiq olunub. Qeyd olunan cərimələrin 44,6%-i, yəni 1915347 manatı artıq dövlət büdcəsinə ödənilib ki, bu da 2013-cü illə müqayisədə 24 dəfə çoxdur. Həmçinin ötən il işəgötürənlər tərəfindən gecikdirilmiş ümumilikdə 527574 manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib".

Əlillik müayinələrinin aparılmasına ciddi nəzarətin tətbiq olunduğunu qeyd edən nazir bildirib ki, son bir ildə ilkin əlillik təyin olunmuş şəxslərin sayı 2013-cü ilə nisbətən 7664 nəfər, təkrar əlil hesab edilənlərin sayı isə 3937 nəfər azalıb. Tam reabilitasiya olunanların sayı 1802 nəfər artaraq 7667 nəfər, hissəvi reabilitasiya olunanların sayı isə 3102 nəfər artaraq 4361 nəfər təşkil edib. Ümumilikdə tam reabilitasiya 2,9 faizdən 3,8 faizə, hissəvi reabilitasiya 0,7 faizdən 2,7 faizə yüksəlib. Ötən il Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemi hazırlanıb. Bu sistem əlillik müayinəsi və bu müayinənin nəticələri barədə məlumatların elektron mübadiləsini həyata keçirməyə imkan verir. Ümumiyyətlə bu il əlillik təyinatlarının tam avtomatlaşdılması üçün də bir sıra mühüm addımlar atılacaq. S.Müslümov əlavə edib ki, 2014-cü ildə əlilliyi olan şəxslər 26 minə yaxın protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, o cümlədən 577 ədəd əlil arabası, 519 ədəd eşitmə aparatı ilə təmin olunub. Habelə 7837 nəfərə bərpa-müalicə xidməti göstərilib, 76 nəfər əlilliyi olan şəxsin, 85 nəfər sağlamlıq imkanları məhdud uşağın xarici ölkələrdə ixtisaslaşmış müalicə kursu keçməsi təşkil edilib.
Ötən il məşğulluq xidmətinə iş üçün müraciət edənlərin 62 faizinin, yəni 29440 nəfərin münasib işlə təmin edildiyini, 3786 nəfərin peşə hazırlığı kurslarına, 1605 nəfərin ödənişli ictimai işlərə cəlb olunduğunu diqqətə çatdıran nazir eyni zamanda "Məşğulluq haqqında" Qanunun tələblərini yerinə yetirməyən 207 işəgötürənə qarşı cərimələr tətbiq edildiyini, bu cərimələrin 93,6 faizinin artıq dövlət büdcəsinə ödənildiyini qeyd edib. Sosial müdafiə əhəmiyyətli yeni obyektlərin inşasından söz açan S.Müslümov bildirib ki, bu il Bakıda Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi, Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşmış Sosial Reabilitasiya Mərkəzi və Sosial sığınacaq, Qobustan rayonunda Penitensiar müəssisələrdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi istifadəyə veriləcək. Bu obyektlərin məqsədyönlü fəaliyyəti üçün qabaqcıl beynəlxalq təcrübədən maksimum istifadə olunacaq: "Azərbaycan Prezidenti cənab İlham Əliyev respublika hökumətinin son iclasında bir daha bəyan etdi ki, 2015-ci ildə ölkəmizdə bütün sosial proqramlar tam həcmdə təmin ediləcəkdir. Cari ildə bizim qarşımızda dayanan başlıca vəzifə də bu proqramların yüksək səviyyədə və dövlətimizin inkişafına layiq şəkildə icrasına öz dəyərli töhfələrimizi verməkdir".
Kollegiya iclasında ƏƏSMN-nin fəaliyyət sahələrinə dair hesabatlar təqdim edilib. Aparılan müzakirələr zamanı görülən işlərin müsbət nəticələri ilə yanaşı, yol verilən ayrı-ayrı nöqsan və çatışmazlıqlardan da bəhs olunub. İclasda fəaliyyətlərində nöqsanlar aşkar edilən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsinə dair qərarlar qəbul olunub və nazirliyin struktur bölmələrinin məsul şəxslərinə müvafiq göstərişlər verilib.

Azərbaycanın azad edilmiş ərazilərində "ağıllı" layihələr üçün strateji planlar hazırlanır
Azərbaycanın azad edilmiş ərazilərində "ağıllı" layihələr üçün strateji planlar hazırlanır
Azad edilən ərazilərin turizm potensialı müzakirə olunur - Aparat rəhbəri
Azad edilən ərazilərin turizm potensialı müzakirə olunur - Aparat rəhbəri
Qış turizmi üzrə xidmətlərdən istifadə edənlərin sayı artıb
Qış turizmi üzrə xidmətlərdən istifadə edənlərin sayı artıb
Loading Bars
Xəbər lenti
Azərbaycan artıq müharibə etmək istəmir - Rusiyalı hərbi mütəxəssis
Hətta Suriyanın Homs şəhərində bu qədər böyük dağıntılar görmədim - Ukraynalı hərbi müxbir Ağdamda (FOTO)
Bakıda mənzildən kişi meyiti tapılıb
Türkiyədə son sutkada koronavirusdan 10 282 nəfər sağalıb
Prezidentin 4 saat su belə içmədən keçdiyi master-klas: Məntiq, təmkin, nəzakət və dəqiqlik
Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin açılışı olub (FOTO)
İŞİD terrorçuları Suriyada qaz boru kəmərini partladıb
Tailandda Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Daha bir neçə gimnastımız idman ustası oldu
Böyük Britaniyanın Qlazqo şəhərində "Xocalıya ədalət" tələbi ilə lövhə quraşdırılıb
İndoneziya gənclər təşkilatları Xocalı qurbanlarını andı
Xocalı faciəsinə hüquqi baxış mövzusunda Beynəlxalq Simpozium keçirilib (FOTO)
Pakistanın Lahor şəhərində Xocalı qurbanları anıldı (FOTO)
AZƏRTAC və Küveyt Elektron Media Birliyi əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər (FOTO)
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində yerləşdirilməsinə son qoymağı tələb olunur - XİN
Diaspor fəalları Avropa ölkələrinə "Xocalıya ədalət!" ismarıcını ünvanlayıblar (FOTO)
179 ərzaq satışı obyektində monitorinqlər aparılıb
Havanın qəfil kəskinləşəcəyi öncədən bəlli olduğundan BŞİH hər vəziyyətə hazır idi - Eldar Əzizov
Azərbaycanda 278 nəfər COVID-19-a yoluxub, 172 nəfər sağalıb, 5 nəfər vəfat edib
ABŞ-ın müxtəlif şəhərlərində Xocalı soyqırımını tanıdan xüsusi avtomobillər hərəkət edir (FOTO)
Daha bir qazinin yüksək texnologiyalı protezlə təmin edilməsi üçün müayinəsi aparılıb
Azərlotereyanın Türkiyə şirkətinə idarəetməyə verilməsi üzrə müqavilə imzalanıb (FOTO)
ABŞ konqresmeni Xocalı soyqırımı ilə əlaqədar bəyanat verib
“Notariat haqqında” qanunda dəyişikliklə bağlı hökumətə tapşırıq verildi - SƏRƏNCAM
Görkəmli sərkərdə Akim Abbasovun xatirəsi yad edilib (FOTO/VİDEO)
Dövlət başçısı “Notariat haqqında” Qanuna edilən dəyişiklikləri təsdiqlədi
“Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişiklik təsdiqləndi
"Alim" Elmi Assosiasiyası Xocalı soyqırımı ilə bağlı fransız dilində vebinar təşkil edib (FOTO)
Yeni Zelandiyanın ən böyük şəhəri karantinə alınır
23 cinayətin üstünü “isti izlər”lə açılıb
İndiyədək ölkəmizdə koronavirusa qarşı vaksinasiya olunanların SAYI açıqlanıb
Ermənistan prezidenti son iki gündə ikinci dəfə Baş Qərargah rəisi ilə görüşüb
İranda daha 81 nəfər koronavirusdan öldü
Mart ayına olan hava proqnozu açıqlanıb
Bu marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilir
“Kənddən Şəhərə” həftəsonu yarmarkası davam edir - ÜNVANLAR (FOTO)
Haitidə 400-dən çox məhbus həbsxanadan qaçıb, qarşıdurmada 25 nəfər ölüb
ABŞ-ın Portland şəhərində Xocalı soyqırımının qurbanları anılıb (FOTO/VİDEO)
Yunanıstandakı "QALA" cəmiyyəti Xocalı soyqırımına həsr olunmuş videokonfrans təşkil edib (FOTO)
Böyük qayıdış üzrə İşçi Qrup yaradılıb
İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib (FOTO)
Floridada Xocalı faciəsi qurbanlarının xatirəsinə havaya şarlar buraxılıb (VİDEO)
Səbail rayonunda narkotik satışı ilə məşğul olan dəstənin daha bir üzvü saxlanılıb (FOTO/VİDEO)
Avropa məscidlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə dualar oxunub (FOTO)
Bakı küçələri qardan sonra təmizlənir (FOTO)
Əfv komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
Fikrət Sadıxova Prezidentin fərdi təqaüdü veriləcək
Şəhərdə gördüyümüz tək şey xarabalıqlar idi - Bosniya "O Kanal" kanalının Ağdamdan REPROTAJI
2021-2025-ci illər inkişaf strategiyasının hazırlanması üçün 10 alt işçi qrupu yaradılıb
Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkar edilib (VİDEO)
Xarici jurnalistlər 2 yaşlı Zəhranın ermənilər tərəfindən qətlə yetirildiyi kənddə olublar
Yerevanda Paşinyanın istefasını tələb edən etirazçılar meydanlarda gecələyir
Türkiyədə martın 2-dən məktəblər açılır
Məşğul şəxslər barədə məlumatların reyestrə daxil edilməsi tələbləri dəyişib
Zərdabda qadın evdən külli miqdarda pul oğurladı
Lənkəranda heroin daşıyan avtomobil yaxalandı
Bazar günü 16 dərəcəyədək isti olacaq
Niderlandın Life24 kanalında Xocalı soyqırımından danışılıb (FOTO)
Qarlı yollarda avtoxuliqanlıq edən sürücülər saxlanılıb (FOTO)
Ağsu sakinindən odlu silah götürülüb
Fransada Qarabağ həqiqətlərini əks etdirən qətnamələrin qəbulu üzrə təklif hazırlanır - Fransalı deputatın "Lagazetteaz.fr" qəzetinə müsahibəsi
Tehran və Bakı üçün biznes və nəqliyyat sahəsində yeni imkanlar açılır - Mehr xəbər agentliyi
Prezidentin mətbuat konfransı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından kifayət qədər uğurlu oldu - Deputat
Bakı metrosu ötən ilin 202 günü bağlı qalıb
Metronun “8 Noyabr” stansiyası istismara hazırlanır
Azərbaycanın qlobal proseslərə münasibətini öyrənmək istəyən auditoriyanın sıraları genişlənib - Deputat
Bakı və Abşeronda keçirilən yarmarkalardakı bəzi məhsulların qiymətləri - SİYAHI
Qubadlı rayonunun Əfəndilər kəndi (FOTO/VİDEO)
Bu il 3 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin olunacaq - Sahil Babayev
Azərbaycan nefti ucuzlaşıb
Karantini pozan kafenin icarədarı və müştərilər cərimələnib (FOTO)
Çexiyada koronavirusa görə hərəkət 3 həftəlik məhdudlaşdırılır
Azad edilmiş ərazilərdə "ağıllı" xidmətlər mobil və stasionar rabitə hesabına reallaşdırılır - Nazirlik
Gecə saatlarında işləyən kafenin sahibi və müştəriləri həbs edilib (FOTO)
Bakı və Abşeronda "Kənddən Şəhərə" yarmarkası keçirilir - ÜNVANLAR
Bu gün Əfv Məsələləri Komissiyası növbəti müraciətlərə baxacaq
Gəncədə yük avtomobili yanıb
Qərbi Azərbaycandakı 8000 abidəmizin çoxunu ermənilər dağıdıb (FOTOFAKT)
ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var
Bakıda avtomobil təmiri sexi yanıb
ABŞ-da Xocalı qətliamının xatirəsinə həsr olunmuş panel müzakirəsi keçirilib (FOTO)
İsveçrə sakini lotereyada 210 milyon avro qazandı
ABŞ Konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanatla çıxış edib
Azərbaycan səfirliyinin məlumatı ABŞ mətbuatında geniş yayılıb
Tereza Mey koronavirusa qarşı peyvənd olundu
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər
ABŞ-ın müxtəlif ştatlarında Xocalı qətliamının 29-cu ildönümünə həsr edilmiş tədbirlər davam edir
İsraildə koronavirusa yoluxanların sayı 770 min nəfərə çatır
Azərbaycan mətbəxi ABŞ mediasının diqqət mərkəzində (FOTO)
Dünyada koronavirusdan ölənlərin sayı 2,5 milyon nəfəri ötüb - ÜST
Mingəçevir Dövlət Universitetində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan rəsm sərgisi keçirilib (FOTO)
Argentinanın səhiyyə naziri koronavirusa yoluxub
Kanadada koronavirusa qarşı "AstraZeneca" peyvəndinin istifadəsinə icazə verilib
ABŞ Səudiyyə Ərəbistanının 76 vətəndaşına qarşı viza məhdudiyyətləri tətbiq edib
Britaniyada daha 8 523 koronavirusa yoluxma hadisəsi qeydə alınıb
Prezident İlham Əliyev: Ermənistana “İsgəndər” raketləri veriləndə mən demişdim ki, bu, düzgün addım deyil
Prezident İlham Əliyev: 10 noyabr tarixli Bəyanat mahiyyətcə elə de-fakto sülh sazişidir
Prezident İlham Əliyev: Zəngilan rayonunun üç kəndində “ağıllı kənd” layihəsi həyata keçiriləcək
Strasburqda Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan tədbirlər keçirilib (FOTO)
Ermənilər elə təəssürat yaratmağa çalışırdılar ki, guya Xocalı faciəsini azərbaycanlılar törədib - Alim
Bütün xəbərlər