...

Bakı-Sumqayıt şosesinin girişində sürücülərə alternativ yol təklif olunur

Cəmiyyət Materials 16 Fevral 2015 10:10 (UTC +04:00)
Bakı-Sumqayıt şosesinin girişində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Bakı-Sumqayıt şosesinin girişində sürücülərə alternativ yol təklif olunur

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir İlkin İzzət/

Bakı-Sumqayıt şosesinin girişində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata görə, Bakı-Sumqayıt şosesində aparılan təmir işləri ilə əlaqədar Moskva prospekti kənar yolla hərəkət edən nəqliyyat vasitələrinin Bakı-Sumqayıt şossesinə girişi məhdudlaşdırılıb.

Sürücülərə alternativ olaraq Moskva prospekti Əsas yoldan və Biləcəri enişi (Rəşid İsmayılov küçəsi) vasitəsilə Biləcəri dairəsindən istiafadə etməklə yollarına davam etmələri tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti