...

Bakıdakı idman kompleksləri internet köşkləri və WiFi-ya çıxışla təchiz olunurlar

Cəmiyyət Materials 22 Fevral 2015 12:35 (UTC +04:00)
Bakı-2015 ilk Avropa Oyunları və digər tədbirlərın keçiriləcəyi obyektlər simsiz WiFi xidməti ilə təmin ediləcəklər.
Bakıdakı idman kompleksləri internet köşkləri və WiFi-ya çıxışla təchiz olunurlar

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir Hüseyn Vəliyev/

Bakı-2015 ilk Avropa Oyunları və digər tədbirlərın keçiriləcəyi obyektlər simsiz WiFi xidməti ilə təmin ediləcəklər. Bu barədə Trend-ə "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş direktoru Xankişi Kişiyev bildirib.

Onun sözlərinə görə, paytaxtın digər ictimai yerlərində (parklarda, stadionlarda, ticarət-əyləncə mərkəzlərində) WiFi-ın açılması ilə həmin yerlərə məsul olan strukturlar məşğul olacaqlar.

Hazırda İstehsalat Birliyi Olimpiya stadionunda multimedia taksofonlarının və internet-kioskların quraşdırılmasına başlayıb. İlkin mərhələdə təxminən 20 bu cür qurğu quraşdırılacaq.

Kişiyevin sözlərinə görə, yarışların və digər tədbirlərin keçiriləcəyi digər obyektlərdə telekommunikasiya infrastrukturunun qarşıdakı oyunlara hazırlığı çərçivəsində 400 kilometrdən artıq uzunluqda optik rabitə xətti çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti