Şərqşünaslıq İnstitutu ermənilərin Cənubi Azərbaycanda xalqımıza qarşı törətdiyi soyqırım aktlarını araşdırır

Şərqşünaslıq İnstitutu ermənilərin Cənubi Azərbaycanda xalqımıza qarşı törətdiyi soyqırım aktlarını araşdırır

Azərbaycan, Bakı, 31 mart /Trend/

Şərqşünaslıq İnstitutu ermənilərin Cənubi Azərbaycanda xalqımıza qarşı törətdiyi soyqırım aktlarını araşdırır.

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutundan Trend-ə verilən məlumata görə, Azərbaycan xalqına qarşı ötən əsrin əvvəllərində həyata keçirilən soyqırım ilə bağlı yeni faktların üzə çıxarılması istiqamətində əhəmiyyətli işlər görülür. İnstitut əməkdaşlarının bu sahədə apardıqları tədqiqatların Arazın hər iki tayında azərbaycanlılara qarşı törədilən kütləvi qırğınların, qarətlərin, deportasiya aktlarının əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rolu var. Bu mənada İnstitutda görkəmli İran tarixçiləri Səməd Sərdariniya və Tohid Məlikzadə Dilməqaninin əsərlərinin fars dilindən tərcümə edilərək nəşr edilməsi təqdirəlayiqdir.

S.Sərdariniyanın "Arazın hər iki tayında müsəlmanların soyqırımı" kitabında erməni quldur dəstələrinin rus və ingilis hərbi qüvvələrinin köməyinə arxalanaraq Türkiyə, İran və azərbaycan ərazilərində çoxsaylı cinayət törətmələri, müsəlman kənd və şəhərlərini xarabazara çevirmələri, yüz minlərlə günahsız insanların qətliamını təşkil etmələri tutarlı sənədlər və mənbələr əsasında açılıb göstərilir.

Müəllifin digər "İrəvan müsəlman sakinli vilayət olmuşdur" kitabı tarixi faktları ortaya qoymaq, erməni və onlara havadarlıq edən ölkələrin "siyasətçilərinin", "tarixçi alimlərinin" yalan və uydurmalarını ifşa etmək məqsədi ilə qələmə alınıb. Kitab İnstitut tərəfindən tərcümə olunaraq nəşr edilmişdir. Müəllif kitaba yazdığı müqəddimədə qeyd edir ki, İran - Rusiya müharibələrindən, xüsusilə də Türkmənçay müqaviləsindən sonra ermənilərin Çuxursəd vilayətinə (indiki Ermənistan Respublikası ərazisinə) və onun mərkəzi İrəvana köçürülməsinə rusların birbaşa himayədarlıq etmələrinə və "məşəqqətlər görmüş millətə" hər cür dəstək vermələrinə baxmayaraq, 1918-ci ilə qədər ermənilər Qafqazın heç bir məntəqəsində əhalinin əksəriyyətini təşkil etməyiblər. Yeri gəlmişkən, alim tarixi faktları səsləndirərkən erməni müəlliflərinə də istinad edib.

"İrəvan müsəlman sakinli vilayət olmuşdur" kitabı İrəvanın ilkin yaşayış məskəni kimi formalaşması mərhələsindən başlayaraq burada yaşayan müsəlmanların (azərbaycanlıların) daşnakların əli ilə kütləvi şəkildə qətlə yetirilməsinə qədərki böyük tarixi mərhələni əhatə edir. Kitabın ilk hissələrində müəllif tarixi sənədlər və fotolar əsasında rus işğalı ərəfəsində İrəvanın tarixi-coğrafi mənzərəsini, şəhərin türk-müsəlman memarlığı əsasında yaradılmış arxitektura quruluşunu, mədəniyyət abidələrinin, dini mərkəzlərin (yeddi məscidin), karvansaraların və digər ictimai müəssisə və təşkilatların şəklini oxucuya təqdim etməklə onun tarixi bir müsəlman-türk şəhəri olduğunu sübut etməyə nail olub.

S.Sərdariniya kitabın "İrəvan Türkmənçay müqaviləsindən sonra" adlı bölməsində İrəvanda müharibədən sonrakı vəziyyəti, bu müsəlman şəhərində rusların ermənilərə himayədarlıq etmələrini son dərəcə dəqiq və ciddi şəkildə araşdırıb. Müəllif 1985-ci ildə Ermənistan Respublikasında çap olunmuş "Ermənistan tarixi" adlı kitaba əsaslanaraq Türkmənçay müqaviləsindən sonrakı ilk dövrlərin müqayisəli statistikasını təqdim edib: "...bu zaman İrəvanda 1805 azərbaycanlı ailəsinə qarşı cəmi 567 erməni ailəsi olub".

Bundan sonra isə rusların özlərinin hazırladıqları hesabatdan istifadə edən alim Türkmənçay müqaviləsindən əvvəlki və ondan sonrakı dövrlərdə İrəvan və Naxçıvan xanlıqlarında əhalinin milli tərkibinə aid rəqəmlərin müqayisəli təhlilini təqdim edib: "Kameralnoe opisanie" adlanan sənəddə göstərildiyi kimi, 1828-ci il müqaviləsinin ardınca 20 mindən artıq azərbaycanlı türk-müsəlman bu iki xanlığı (İrəvan və Naxçıvan) tərk etmək zorunda qaldı və İrana köçdülər. Nəticədə 1828-ci ildə müsəlman əhalinin sayı 93 min nəfərə qədər azaldı. Dörd il sonra, yəni 1832-ci ildə müsəlmanların sayı 82.373 nəfərə qədər azaldı. Lakin həmin 4 il müddətində, yəni 1828-1832-ci ilə qədərki dövrdə ermənilərin sayı 25.151 nəfərdən 82.377 nəfərə qədər qalxdı. Bir sözlə, erməni əhalinin sayı 3 dəfə artdı".

Bu, bir millətin didərgin salınması, digər millətin zorakı yolla hakim mövqeyə gətirilməsi demək idi. Daha sonra müəllif ermənilərin İrandan və Osmanlı Türkiyəsindən bu bölgəyə köçürülməsini təsvir edir. Kitab tarixi təhrif edənlərə, bu gün dünyada məzlum erməni obrazı yaratmaq istəyənlərə, "Böyük Ermənistan" xülyası ilə yaşayanlara və bu məqsədlə azərbaycanlıların vəhşi obrazını yaratmaq istəyənlərə tutarlı cavabdır.

Digər İran müəllifi Tohid Məlikzadənin "Güney Azərbaycan I Dünya müharibəsi illərində" adlı əsərində 1914-1919-cu illərdə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımdan bəhs olunur. Müəllif əsəri yazarkən əsasən Osmanlı arxivlərindən istifadə edib. Bundan başqa xatirələrdən, rəsmi məktublardan və həmin dövrə aid olan qəzet materiallarından da istifadə olunub. Kitab İnstitut əməkdaşları tərəfindən farscadan tərcümə edilərək çap olunub.

İnstitutda icra olunan elmi-tədqiqat işlərindən "Cənubi Azərbaycanın qərb bölgəsində azərbaycanlılara qarşı soyqırım (1917-1919-cu illər)" adlı dissertasiya işini xüsusi qeyd etmək lazımdır. Əsərdə 1918-ci il Cənubi Azərbaycanın qərb bölgəsində azərbaycanlılara qarşı birləşmiş erməni-aysor silahlı dəstələrinin törətdiyi soyqırım aktları müfəssəl araşdırılır. Soyqırımın törədilməsində məqsəd isə aborigen əhalini məhv etmək və demoqrafik mənzərəni ermənilərin xeyrinə dəyişməklə "Böyük Ermənistan" üçün real şərait yaratmaq idi.

Farsdilli mənbə və qaynaqlar əsasında hazırlanan tədqiqat işinin əsas hissəsini Cənubi Azərbaycanın qərb bölgəsində (Urmiya, Salmas, eləcə də ətraf qəsəbə və kəndlər) birləşmiş erməni-aysor silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırım törətməsinin araşdırılıb təhlil edilməsi təşkil edir. 1918-ci ilin əvvəllərində başlanan və 6 ay davam edən soyqırımda Urmiya gölünün cənubunda yerləşən Sulduz mahalından tutmuş şimalda Xoy şəhərinə qədər geniş bir ərazidə yerləşən Urmiya və Salmas başda olmaqla bütün şəhər, qəsəbə və kəndlərdə azərbaycanlılar amansızcasına soyqırıma məruz qaldılar.

Cənubi Azərbaycanın qərb bölgəsində azərbaycanlılara qarşı törədilən soyqırımda insan tələfatının statistikası ilə bağlı 150-200 min arasında müxtəlif rəqəmlər qeyd edilsə də, ən dəqiq məlumat İran mərkəzi hakimiyyətinin göstərişi ilə soyqırımdan sonra yaradılan tələfat və baş verən maddi ziyanı siyahıya alan komissiyanın hesabatında öz əksini tapıb. Həmin hesabata əsasən "I Dünya müharibəsi başlayandan komissiya yaranana qədər sadəcə qeydə alınan və hesablama vərəqələrində göstərilən can itkisi 160 min nəfər, maddi ziyan isə təxminən 160 kror tümən idi... Xəsarət və insan tələfatı siyahıya alınmayan məntəqələr də hesablanarsa, dəyən maddi xəsarət 200 kror tümən, insan itkisi isə 200 min nəfər olur" (Rəhmətulla xan Mötəmidəlvüzəra. Urmiye dər moharebe-ye aləmsuz. Bekuşeş-e KaveBəyat. Nəşr-e "Pəjuh-e Şiraze", Tehran, 1379 (2000), s. 230, 585 s.).

Əsər xalqımıza qarşı törədilən cinayətlərin dünya ictimaiyyətinə çatdırılması üçün göstərilən səylərdən biri kimi qiymətləndirilə bilər.

İnstituta Cənubi Azərbaycanın tarixi, etnoqrafiyasi, mədəniyyəti, demoqrafiyası və s. ilə bağlı 79 adda son dərəcə əhəmiyyətli ədəbiyyat və xəritə daxil olub. Onların içində: İbrahim Faeqi. Azərbaycan dər məsir-e tarix (celd 1 və 2). Təbriz, enteşarat-e "Yaran", 1377/1998; Azərbaycan dər mouc-e tarix. Bamoqəddeme-ye KavəBəyat. Tehran, Şiraze, 1379; Esfəndiyar Hacılı. Ruzşomar-e təqvim-e tarix-e Azərbaycan. Qum, enteşarat-e Bəxşayeş, 1393; Ebrahim Eskəndəriniya. Saxtar-e sazman-e ilat və şive-ye məişət-e əşayer-e Azərbaycan-e qərbi. Urumiye, enteşarat-e Ənzəli, 1366; Pərisa Qorbannejad. Ketabşenasi-ye tousifi-ye tarix-e Azərbaycan-e qərbi. Urumiye, daneşqah-e azad-e eslami, 1392; Qozareş-e eqtesadi, ectemai və fərhəngi-ye ostan-e Azərbaycan-e qərbi sal-e 1391. Urumiye, ostandari-ye Azərbaycan-e qərbi, 1392; Məhəmmədrza Məhəmmədquluzad. Azərbaycan-e qərbi dər ayine-ye təqsimat-e keşvəri-ye comhuri-ye eslami-ye İran. Urumiye, Hisaməddin Çələbi, 1391; Ətləs-e şəhri-ye ostan-e İran. Tehran, moəssese-ye coğrafiya-yi və kartoqrafi-ye gitişenasi, 1393; Çohre-ye İran: rahnoma-ye gərdeşgəri-ye ostanha-ye İran. Tehran, moəssese-ye coğrafiya-o kartoqrafi-ye gitişenasi, 1392və sairə bu kimi kitablar var. Göstərilən ədəbiyyatın ətraflı tədqiqi xalqımızın çoxəsrlik tarixi və mədəniyyətinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.

“AccessBank” taksi xidmətləri üzrə tender elan edir
“AccessBank” taksi xidmətləri üzrə tender elan edir
DSMF konsaltinq xidmətləri üçün 300 min manat ayıracaq
DSMF konsaltinq xidmətləri üçün 300 min manat ayıracaq
"Aztelekom" avadanlığın texniki dəstəyi üçün 1,4 milyon manatdan çox vəsait ayıracaq
"Aztelekom" avadanlığın texniki dəstəyi üçün 1,4 milyon manatdan çox vəsait ayıracaq
Loading Bars
Xəbər lenti
Görkəmli sərkərdə Həzi Aslanovun anım mərasimi keçirilib (VİDEO)
Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə telefonla danışıb
Dövlət Neft Fondunun 2020-ci il üzrə gəlir və xərcləri açılandı
Tibb işçilərindən sonra 65 yaşdan yuxarı şəxslərin peyvəndlənməsinə başlanacaq - Ramin Bayramlı
Ovçular nəyə diqqət etməlidir? - Xidmət rəisindən ovçulara XƏBƏRDARLIQ (VİDEO)
Nazir "Ali təhsil haqqında" qanun layihəsinin əsas məqsədlərini açıqlayb
AMEA-da kadr dəyişikliyi olub
"Ali təhsil haqqında" qanunun ilkin variantı hazırlanacaq - Komitə sədri
Azercell nümunəvi xidmət keyfiyyəti ilə daim irəlidə
Rəssam Aida Mahmudovanın ABŞ-da açılan ikinci fərdi sərgisi böyük maraqla qarşılanıb
Yanvarın 25-nə USD/AZN rəsmi məzənnəsi
Milli Məclisdə "Ali təhsil haqqında" qanun layhəsi ilə bağlı geniş videokonfrans keçirilib (FOTO)
Britaniya şirkəti Qarabağda yataqların kəşfiyyat işlərini aparacaq
Dərslər yenidən başlayır: Bağçalar və repetitorluq necə olacaq? - Qısa İZAH
Qlobal vaksin istehsalının 60 faizi Hindistanın payına düşür - Səfir
Texniki Universitetə yeni prorektor təyin olunub (FOTO)
Gənclər tərəfindən qazilərimizə “Böyük Qayğı” layihəsinə start verildi (FOTO)
Şuşa və digər azad olunmuş ərazilərdə xidmət edən hərbçilərdə ruh yüksəkliyi var - Hərbi ekspert
Qarabağın dirçəlişinə dəstək həyat tərzinə çevrilməlidir - Mikayıl Cabbarov
BMqT işğaldan azad olunmuş ərazilərdə kəhrizlərin bərpası layihəsini təklif edib (FOTO)
İşğal altında uzun müddət saxlanılmış torpaqların dirçəldilməsi dövrü başlayır - Fransadakı səfirimiz
Kipr martın 1-dən sərhədləri açır
Şuşa əməliyyatında iştirak edən cüdo müəllimi, qazi Ruhin Əkbərli (VİDEO)
Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndi (FOTO/VİDEO)
500 manatlıq pul nişanı tədavülə buraxılmayıb - Mərkəzi Bank
Yerevanda aksiya: Müharibədə iştirak etmiş könüllülər etiraz edirlər
Göyçayda 367 nəfər koronavirusa qarşı peyvənd olunub - RƏSMİ
"Azərişıq"da gücləndirilmiş iş rejimi davam etdirilir (VİDEO)
"Ramiz Hacıyev" kran gəmisi əsaslı təmir olunub
“Dostluq” neft yatağı eyni soy kökə malik ölkələrin birgə əməkdaşlığının və dialoqunun simvoludur - Tamam Cəfərova
Son bir ayda ehtiyacı olan qazilərə 600-dən çox reabilitasiya vasitəsi verilib
Putin Təhlükəsizlik Şurasının iclasını keçirib
Ağdamda işğaldan azad olunan 1 611 hektar ərazidə buğda əkilib (ÖZƏL)
Erməni təxribatı nəticəsində Tərtərdə 5138 obyektə ziyan dəyib
ADNSU Mingəçevir Dövlət Universitetinin tədris-metodiki bazasının gücləndirilməsinə dəstək göstərir (FOTO)
Zidan koronavirusa yoluxub
Azərbaycanda köhnə avtomobillərin utilizasiyası tıxacların azalmasına təsir edə bilərmi?
ÜST “ASAN Könüllüləri” ilə birlikdə maska paylanma aksiyasına başlayıb (FOTO)
Vaksinlərin COVİD-19-un mutasiyaya uğrayan ştammı üçün effektli olub-olmaması açıqlanıb
Britaniya azad edilmiş ərazilərin minalardan təmizlənməsi işlərində Azərbaycana köməklik göstərə bilər - Səfir
Azərbaycanda dövlət dil qaydalarını pozanlar cərimələnəcək (MÜSAHİBƏ) (VİDEO)
Gömrükdən dövlət büdcəsinə köçürülən vəsaitin həcmi açıqlandı
Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
“Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir
Azərbaycan Prezidenti status məsələsini tarixin zibilliyinə yollayıb - XİN-dən Avropa Parlamentinin qətnaməsinə cavab
“Azərbaycan müəllimi" qəzetinin bugünkü buraxılışında rektor Şahin Bayramovun məqaləsi dərc olunub (II hissə)
Azərbaycan gimnastları İsveçrədə Avropa çempionatında iştirak edəcək
Azərbaycanda sənədlərin surətinin notarial təsdiqi üçün rüsumun miqdarı azaldılır
Ukraynada matəm elan edilib
Narkotik vasitələrin qanunsuz dövriyəsi ilə bağlı cinayət işlərinin sayı açıqlandı
"8 Noyabr" stansiyasına rəis müavini təyin edildi, heyət komplektləşdirildi
İşğaldan azad edilmiş ərazilər üçün məqsədli, aktiv məşğulluq proqramları hazırlanır
Samuxda 39.5 kilometrlik yol yenidən qurulub (FOTO)
Binədə 6 evdən oğurluq edən şəxs saxlanıldı
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanın növbəti tarixi uğuru
İranda koronavirusdan daha 75 nəfər ölüb
“Dostluq” sazişi Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir
Avropa azərbaycanlıları 20 Yanvar faciəsini törədən SSRİ rəhbərliyinin cəzalandırılmasını tələb edir
Fevralın 1-dən birdəfəlik əkin subsidiyası üçün müraciətlərin qəbuluna başlanılır
107 gün idi itkin düşən zabitimizin şəhid xəbəri gəldi (FOTO)
"Ford" 3 milyona yaxın avtomobili geri çağırıb
27 dövlət əmlakı hərraca çıxarılacaq
"Dostluq" Azərbaycanın neft satışı imkanlarını əhəmiyyətli dərəcədə artıracaq - Amerikalı ekspert
Nüfuzlu “Springer International Publishing” nəşriyyatı MİDA-nın uğurlu fəaliyyətindən yazıb
Bu yolda hərəkət qismən məhdudlaşdırılır
20 Yanvar faciəsi müasir siyasi fəlsəfə kontekstində təhlil edilib
UNEC-in Elmi Şurasında yeni qərarlar qəbul olunub (FOTO)
Narazı şagirdlər yenidən qiymətləndirmədən keçə bilərlər - Şöbə müdiri
İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılır - Fərman
Gömrükçülər yük avtomobilindən 38 ədəd “Iphone 12” müsadirə edib (VİDEO)
"Data Science" üzrə qrup rəhbəri vakansiyası hələ də aktualdır
"PAŞA Bank" dövlətin azad edilən ərazilərin bərpasına yönəlmiş bütün təşəbbüslərinin həyata keçirilməsinə töhfə verəcək - Baş icraçı direktor
Ermənistanda İkinci Qarabağ müharibəsinin yekunları ağır qəbul edilir - Rusiyalı ekspert
Fənn olimpiadaları fevralın sonu ənənəvi qaydada keçirilə bilər
Füzuli rayonunun Qarğabazar kəndi (FOTO/VİDEO)
Bu il müəllimlərin sertifikasiyası keçiriləcək? - Nazirdən cavab
Fevralın 1-dən repetitorluq fəaliyyəti üzrə tədrisin bərpası nəzərdə tutulur - RƏSMİ
Ötən il Energetika Nazirliyi və tabeliyindəki qurumlar tərəfindən 4211 müraciətə baxılıb
Sabah hava yağmursuz keçəcək
Müəllimlərin işə qəbulu müsabiqəsi bölgələrdə də keçirilə bilər
Müəllimlərin onlayn dərslərə qatılmamasının səbəbini ayrı-ayrılıqda araşdırmaq çətindir - Nazir
Fevralın 1-dən sonra da şagirdlərin distant tədrisi seçmək hüququ var - Təhsil naziri
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Yaponiyanın ölkəmizdəki yeni səfiri ilə görüşüb (FOTO)
Müəllim və şagirdlərin davamiyyəti nəzarətdə saxlanılır
Azad olunmuş ərazilərdə təbii sərvətlərə vurulmuş ziyanın qiymətləndirilməsinə Şura üzvləri də cəlb olunacaq
Bakı Ali Neft Məktəbində “Qarabağın təbii sərvətləri" müzakirə olunub (FOTO)
İbtidai siniflərin nümunəvi dərs cədvəlləri Təhsil Nazirliyinin saytında yerləşdirilib
Məktəblərdə koronavirusun qarşısının alınması üçün bütün zəruri tədbirlər görüləcək - Nazir müşaviri
Bu şagirdlər imtahan verə biləcəklər - Təhsil Nazirliyinin şöbə müdiri
Yağan qardan sonra paytaxta təmizlik işləri aparılır (FOTO)
Bağçalar nə zaman açıla bilər? - Rəsmi AÇIQLAMA
Rusiya 5 Azərbaycan istehsalçısından pomidor idxalını dayandırıb
TAP konsorsiumu İtaliyada tikinti zamanı köçürülmüş zeytun ağaclarını yerinə qaytarıb
Avtoxuliqanlığa görə cəzalar yüngülləşdirilir
Azərbaycanda koronavirusa yoluxan şagird və təhsil işçilərinin sayı açıqlandı
Tender qarantiyasını Banka gəlmədən əldə etmə imkanı
Fiziki tərbiyə dərsləri müvəqqəti dayandırılır
Vaksinasiya oluna biləcək müəllimlərin siyahısı hazırlanıb - Emin Əmrullayev
Təhsil ilinin sonuna kimi tele-dərslər davam etdiriləcək - RƏSMİ
Bütün xəbərlər