Azərbaycan, Bakı, 27 aprel /Trend, Səba Ağayeva/
Nepalda olan Azərbaycan vətəndaşlarının bu ölkədən evakuasiya edilməsi üçün bütün mümkün tədbirlər görülür.
Bunu Trend-ə Azərbaycanın Hindistandakı, eləcə də Nepalda akkreditasiya olunmuş səfirliyindən bildiriblər. Qeyd olunub ki, Azərbaycan hökuməti və səfirliyi bu istiqamətdə əlindən gələni edir.
Səfirlikdən bildirilib ki, ilkin məlumata görə, Nepalda 6-sı uşaq olmaqla 14 Azərbaycan vətəndaşı yaşayır. Aprelin 25-də baş vermiş zəlzələ nəticəsində azərbaycanlılardan azyaşlı uşaq xəsarət alıb, lakin indi onun vəziyyəti normal olaraq qiymətləndirilir.