...

Bakıda küçələrin birində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Cəmiyyət Materials 20 May 2015 11:13 (UTC +04:00)
Bu gün Abdulvahab Salamzadə küçəsində nəqliyyat vasitələrinin hərəkəti bir-neçə saatlıq məhdudlaşdırılacaq.
Bakıda küçələrin birində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İlkin İzzət/

Bu gün Abdulvahab Salamzadə küçəsində nəqliyyat vasitələrinin hərəkəti bir-neçə saatlıq məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyindən Trend-ə bildiriblər ki, göstərilən ərazidə məhdudlaşdırma Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi səbəbindən günorta saat 12:00-dan axşam saat 17:00-dək tətbiq ediləcək. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və göstərilən müddət ərzində alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti