Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir İlhamə İsabalayeva/
Təhsil Nazirliyinin SABAH qruplarında təhsil alan könüllülər Gürcüstanın Tbilisi şəhərində keçirilən "Tbilisi-2015" 13-cü Avropa Gənclər Olimpiya festivalında iştirak ediblər.
Nazirlikdən Trend-ə verilən məlumata görə, Avropanın 50 ölkəsindən 9 idman növü üzrə yarışan 3800-dən çox idmançının, Milli Olimpiya komitələrinin rəsmiləri və mütəxəssislərinin iştirakı ilə keçirilən festivala "SABAH-ın Könüllüsü" proqramının iştirakçısı olan 5 könüllü qatılıb.
Festival zamanı könüllülər Atletlər Kəndində fəaliyyət göstərib, mətbuat nümayəndələri, qonaqlar, Avropa Olimpiya Komitəsinin üzvləri və idmançılarla ünsiyyətdə olmaq imkanı qazanıblar. Çoxmədəniyyətli mühitdə çalışan gənclər dost qruplarında işləyərək idmançıların çıxışlarının canlı şahidi olub və ölkəmizi təmsil edən idmançılara dəstək olublar. Bundan əlavə, könüllülər Avropa Gənclər Olimpiya festivalının açılış və bağlanış mərasimlərində iştirak ediblər.
Festivalın sonunda fəaliyyət göstərən könüllülərin təltifetmə mərasimi keçirilib.