...

Avtomobil qəzası zamanı yol təsərrüfatına ciddi ziyan dəyib (FOTO)

Cəmiyyət Materials 7 Noyabr 2015 15:21 (UTC +04:00)
Ötən gün səhər saatlarında Zığ-Hava limanı avtomobil yolunda baş vermiş avtomobil qəzası zamanı yol təsərrüfatına ciddi ziyan dəyib.
Avtomobil qəzası zamanı yol təsərrüfatına ciddi ziyan dəyib (FOTO)

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Ötən gün səhər saatlarında Zığ-Hava limanı avtomobil yolunda baş vermiş avtomobil qəzası zamanı yol təsərrüfatına ciddi ziyan dəyib.

"Azəryolservis" Açıq Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, Zığ-Hava limanı avtomobil yolunun 16-cı kilometrliyində Hava limanı istiqamətindən şəhərə doğru irəliləyən "Howo" markalı 99 BP 034 dövlət nömrə nişanlı yük maşını yol kənarında olan əyri-xətli dəmir tirləri dağıdaraq divara çırpılıb.

Ağır tonnajlı yük maşınını idarə edən sürücü Əbülfət İsmayılovun sözlərinə görə, maşının ön təkəri qəfil partladığından idarəetməni itirib. Nəticədə yüklə dolu olan maşın yol kənarına çıxıb. Baş vermiş qəza zamanı 75 paqon-metr əyri-xətli dəmir tirlər və divarın 215 kvadrat metr üzlüyü, həmçinin konstruksiyası sıradan çıxıb.

Baş vermiş qəza zamanı yol təsərrüfatına ilkin hesablamalara görə, 25 min manata yaxın ziyan dəyib. Nəqliyat Nazirliyi "Azəryolservis" ASC-nin əməkdaşları tərəfindən dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti