...

I-IV qruplar üzrə ərizə qəbulunun müddəti uzadıldı

Cəmiyyət Materials 28 Aprel 2016 18:19 (UTC +04:00)
2016/2017-ci tədris ili üçün I-IV qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulunun müddəti 29 aprel saat 13:00-dək uzadılıb.
I-IV qruplar üzrə ərizə qəbulunun müddəti uzadıldı

Bakı. Trend:

2016/2017-ci tədris ili üçün I-IV qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulunun müddəti 29 aprel saat 13:00-dək uzadılıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, hazırda elektron ərizə dolduranların sayı 84 290, ərizələrini təsdiq edənlərin sayı isə 81 308 nəfərdir.

2982 abituriyent elektron ərizəsinə özü haqqında məlumatları daxil etsə də, həmin ərizələr təsdiq olunmayıb. Onlardan 400 nəfəri ümumtəhsil müəssisələrinin cari il məzunlarıdır və ərizələrini özləri təsdiq etməlidirlər. Digər abituriyentlər tələb olunan sənədləri təqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər. SQK-lar 29 aprel saat 13:00-dək fəaliyyət göstərəcəklər.

Elektron ərizə təqdim etmiş abituriyentlərdən öz elektron ərizələrinə daxil olub baxmaq və təsdiq olunub olunmadığını müəyyənləşdirmək tövsiyə olunur.

Qeyd edək ki, elektron ərizəsi təsdiq olunmayan abituriyentlərin ərizəsində "Elektron ərizə sənəd qəbulunun sonunadək təsdiq olunmalıdır" məlumatı göstərilir. Ərizələri təsdiq olunmayan, həmçinin ərizə təqdim etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti