...

Azərbaycanda Koreya mədəniyyəti üzrə Viktorina 2016 keçirilib (FOTO)

Cəmiyyət Materials 14 May 2016 11:43 (UTC +04:00)
Koreya Respublikasının Azərbaycandakı səfirliyi mayın 13-də Bakı Dövlət Universitetin akt zalında Koreya haqqında viktorina 2016 tədbirini təşkil edib.
Azərbaycanda Koreya mədəniyyəti üzrə Viktorina 2016 keçirilib (FOTO)

Bakı. Trend:

Koreya Respublikasının Azərbaycandakı səfirliyi mayın 13-də Bakı Dövlət Universitetin akt zalında Koreya haqqında viktorina 2016 tədbirini təşkil edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, viktorinada 10 gənc Koreya mədəniyyəti, tarixi və cəmiyyəti haqqında sualları cavablandıraraq Koreya haqqında biliklərini nümayiş etdiriblər. İki mərhələdən ibarət olan yarışda 10 nəfərin içindən birinci yeri Töhfə Nuriyeva, ikinci yeri Fəridə Aydayeva və üçüncü yeri Ramin Abbasov qazandı. Viktorinanın qalibi bu ilin avqust ayında Koreyada keçiriləcək viktorinanın böyük finalında Azərbaycanı təmsil etmək fürsətini qazanıb. Bu dəfəki müsabiqə Koreya dilini öyrənən tələbələrin Koreya haqqında məlumatlarını dərinləşdirdi və həmçinin Koreyaya marağı olan tələbələrin sayı artıb.

Tədbirin açılışında çıxış edən səfir cənab Kim Çanq Qyu iki ölkə arasında münasibətlərin inkişafında qarşılıqlı anlaşmanın əsas rol oynadığını və bugünkü tədbirin tələbələrin Koreyaya marağını artıracağına ümid etdiyini bildirib. BDU-nun rektoru Abel Məhərrəmov Şərqşünaslıq fakültəsində 9 il fəaliyyət göstərən Koreyaşünaslıq ixtisasının Koreya ilə əməkdaşlığın inkişafına xidmət göstərdiyini və bu tədbirin həmin inkişafın bariz nümunəsi olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti