...

Sahibkarı döyərək yaralayan bələdiyyə sədrinə hökm oxundu

Cəmiyyət Materials 11 İyun 2016 11:11 (UTC +04:00)
Sabirabad rayon Məhkəməsində sahibkara qarşı cinayət törədən bələdiyyə sədri Fikrət Əmrahovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sahibkarı döyərək yaralayan bələdiyyə sədrinə hökm oxundu

Bakı. Samir Əli - Trend:

Sabirabad rayon məhkəməsində sahibkara qarşı cinayət törədən bələdiyyə sədri Fikrət Əmrahovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Təyyar Abbaslının sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı təqsirləndirilən şəxs F.Əmrahovun 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin hökmü ilə F.Əmrahov aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum olunub.

İttihama görə, ötən ilin iyun ayının 21-də Sabirabad rayonunun Həşimxanlı kənd bələdiyyəsinin sədri F.Əmrahovla kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan Aqif Nəcəfov arasında mübahisə yaranıb. Mübahisə zamanı F.Əmrahov A.Nəcəfovu döyərək, ona bədən xəsarəti yetirib.

F.Əmrahov Cinayət Məcəlləsinin 127.1-ci (sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti