...

Xüsusi istedadlı uşaqların I sinfə qəbulu üçün qeydiyyat sabah yekunlaşacaq

Cəmiyyət Materials 14 İyul 2016 15:40 (UTC +04:00)
Bakıda xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu məqsədilə keçirilən müsahibələrə mektebeqebul.edu.az saytı vasitəsilə aparılan qeydiyyat 15 iyul saat 00:00-da yekunlaşacaq.
Xüsusi istedadlı uşaqların I sinfə qəbulu üçün qeydiyyat sabah yekunlaşacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakıda xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu məqsədilə keçirilən müsahibələrə mektebeqebul.edu.az saytı vasitəsilə aparılan qeydiyyat 15 iyul saat 00:00-da yekunlaşacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, müsahibələrdə xüsusi istedada malik uşaqlar 4 meyar üzrə - məntiqi təfəkkürün inkişafı, sadə hesablama bacarıqları, dünyagörüşü və şifahi nitqin inkişafı üzrə yoxlanılır, qiymətləndirilir.

Bu günə olan məlumata əsasən, Bakı şəhəri Nəsimi rayonundakı 42 nömrəli tam orta məktəbdə keçirilən müsahibələrdə 2420 nəfər uşaq iştirak edib.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərə 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq uşaqların I sinfə qəbulu məqsədilə keçirilən müsahibələr iyun ayının 20-dən etibarən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti