...

Bakı Şəhəri üzrə Təhsil İdarəsi könüllü əsaslarla işləmək istəyən gəncləri əməkdaşlığa dəvət edir

Cəmiyyət Materials 6 Oktyabr 2017 11:11 (UTC +04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsi könüllü əsaslarla işləmək arzusunda olan gəncləri əməkdaşlığa dəvət edir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi könüllü əsaslarla işləmək istəyən gəncləri əməkdaşlığa dəvət edir

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsi könüllü əsaslarla işləmək arzusunda olan gəncləri əməkdaşlığa dəvət edir.

İdarədən Trend-ə verilən məlumata görə, könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər BŞTİ-nin müxtəlif sektorlarında və xidmət bölmələrində 3 ay təcrübə keçmək imkanı qazanacaqlar.

Könüllü kimi fəaliyyətini uğurla başa vuran gənclərin hər birinə BŞTİ tərəfindən müvafiq arayış veriləcək.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi artıq 4 ildir ki, könüllü əsaslarla çalışmaq arzusunda olan gənclərlə əməkdaşlıq edir. İndiyədək BŞTİ tərəfindən həyata keçirilmiş ilk könüllülük proqramı əsasında 15, ikinci könüllülük proqramında 26, üçüncü könüllülük proqramında 35, IV könüllülük proqramında isə 42 nəfər müxtəlif sektorlarda, xidmət bölmələrində, Təlimə Dəstək Mərkəzində fəaliyyət göstəriblər. Onlardan 12 nəfəri hazırda BŞTİ-nin əməkdaşıdır.

Xəbər lenti

Xəbər lenti