...

İçkidən zəhərlənmə niyə baş verir?

Cəmiyyət Materials 15 Dekabr 2017 12:47 (UTC +04:00)
Bakıda spirtli içkilərdən zəhərlənənlər əsasən tüfeyli həyat tərzi keçirən şəxslərdir.
İçkidən zəhərlənmə niyə baş verir?

Bakı. Samir Əli -Trend:

Bakıda spirtli içkilərdən zəhərlənənlər əsasən tüfeyli həyat tərzi keçirən şəxslərdir.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, spirtli içkilərdən zəhərlənən şəxslər hər gün KTM-in Toksikologiya şöbəsinə müraciət edir:

"Demək olar ki, hər gün şöbəyə 5-6 nəfər spirtli içkidən zəhərlənmə ilə müraciət edir. Onlar əsasən "bomj"lar olur. Küçələrdə tüfeyli həyat tərzi keçirənlər içki qəbul edirlər, soyuqda qalırlar və nəticədə zəhərlənmə hadisəsi baş verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti