...

IX siniflər üzrə monitorinq aparılıb (FOTO)

Cəmiyyət Materials 25 Dekabr 2017 10:52 (UTC +04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki (BŞTİ) ümumi təhsil məktəblərinin IX sinifləri üzrə monitorinq təşkil edilib.
IX siniflər üzrə monitorinq aparılıb (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki (BŞTİ) ümumi təhsil məktəblərinin IX sinifləri üzrə monitorinq təşkil edilib.

İdarədən Trend-ə verilən məlumata görə, BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzi tərəfindən monitorinqin keçirilməsində əsas məqsəd Azərbaycan dili fənni üzrə şagirdlərin oxu və yazı bacarıqlarını yoxlamaqdan ibarətdir.

Monitorinq zamanı məktəblilərə müvafiq bilik və bacarıqlarını nümayiş etdirmək üçün 1,5 saat vaxt verilib. Şagirdlər “Fırtına” mövzusunda ifadə yazıb və mətn əsasında 15 test sualını cavablandırıblar.

Monitorinqin nəticələri yaxın günlərdə açıqlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti