...

Aprelin 29-da keçirilmiş sınaq imtahanının nəticələri açıqlanıb

Cəmiyyət Materials 1 May 2018 16:34 (UTC +04:00)
Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 29-da keçirilmiş sınaq imtahanının nəticələrini elan edib.
Aprelin 29-da keçirilmiş sınaq imtahanının nəticələri açıqlanıb

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 29-da keçirilmiş sınaq imtahanının nəticələrini elan edib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 29925 abituriyentdən 417 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdiyi üçün 1 abituriyent imtahandan xaric olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti