Azərbaycanda milli parklara səfər edən turistlərin sayı sürətlə artıb

Cəmiyyət Xəbər 4 May 2018 11:28 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Azərbaycanda milli parklara səfər edən şəxslərin və turistlərin sayı sürətlə artıb.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə deyib.

O bildirib ki, 2012-ci ildə ölkəyə milli parklara 1500-2000 turist gəlirdisə, hazırda bu rəqəm 196 min 84 nəfərə çatıb: "Turizmin əsas qolu eko-turizmdir, bu növ səyahətin təşkil olunması həm zövq almaq, həm də maarifləndirmə üçündür. Hər bir təbiət ərazisinə səfər etmək olar, amma eko-turizm çərçivəsində bunu səfərlər daha çox tənzimlənir və bu cür səfərlərdə təbiətə az zərər dəyir".

H.Əlizadə qeyd edib ki, Azərbaycan ərazisinin 10.3 faizi mühafizə altındadır ki, onun da 3 faizi milli parkdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti